PDF Oxu

Siyasət

  • 4 340

Putinin Qarabağla bağlı açıqlamasından eyforiyaya qapılmaq olmaz - MÖVQE

Putinin Qarabağla bağlı açıqlamasından eyforiyaya qapılmaq olmaz - MÖVQE

"Rusiya prezidentinin illik brifinqdə söylədiyi "Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanındır" fikirləri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son günün ən populyar bəyanatıdır. KİV-in istisnasız olaraq tirajladığı bəyanatın Azərbaycanda ictimai məmnunluq doğurduğu mübahisəsiz məlumdur. Lakin münaqişənin keçmişini, cari vəziyyətini və Azərbaycan-Ermənistan münasibətlərinin ehtimal olunan gələcəyini bir yerdə düşünsək (bunsuz mümkün deyil), Rusiya prezidentinin bəyanatını tam kamil hesab etmək olmaz". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspert bildirib ki, Dağlıq Qarabağ tək beynəlxalq hüquqa görə Azərbaycanın deyil: "O həm də, tarixə və təcavüzə məruz qaldığımız 30 illik fasiləni çıxmaq şərti ilə bütün dövrlərin siyasi reallıqlarına görə Azərbaycanındır! Unutmayaq ki, beynəlxalq hüquq normaları dəyişəndir. 50-100 il sonra beynəlxalq hüquq dəyişə bilər və dəyişəcək. Tarixi həqiqətlər və siyasi reallıqlar isə heç vaxt dəyişməyəcək".A.Quliyev vurğulayıb ki, ona görə də belə demək lazımdır: "Dağlıq Qarabağ beynəlxalq hüquqa, tarixə və siyasi reallıqlara görə Azərbaycanındır!".

sia.az

Digər xəbərlər