"Əvvəlki çıxışlarında da Prezident İlham Əliyev bu məsələyə dəfələrlə toxunaraq Ermənistanın imitasiya ilə məşğul olduğunu qeyd etmişdi. Xüsusilə Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar prosesini pozmaq məqsədi daşıyan ardıcıl bəyanatlar verdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, sonrakı dövrdə Şuşada seçki və andiçmə şouları təşkil olundu: "Şuşada xalq məclisi üçün binanın inşasına başlanıldı, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirildi. Bu bir həqiqətdir ki, Paşinyan Azərbaycan xalqının, dövlətinin gücün düzgün hesablamadı. Ona görə də Ermənistan kaputilyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan heç zaman işğalla barışmayacaqdı. Bunu dəfələrlə Prezident İlham Əliyev bəyan etmişdi. Burada beynəlxalq qurumlar da böyük məsuliyyət daşıyırlar. Ermənistanın bu kimi əməllərinə kəskin reaksiya verilmədi və Ermənistan bundan ilhamlanaraq yeni təxribatlar törətmək sevdasına düşdü. Əgər Ermənistana zamanında sanksiyalar tətbiq olunsaydı bu qədər aqressivləşməz və dünya birliyinə meydan oxumazdı. Ancaq heç bir ciddi tədbir görülmədiyi üçün Ermənistan yeni ərazi iddialarına düşdü, sərhəddə yeni təxribatlar törətməyə çalışdı. Ancaq Ermənistan bunun layiqli cavabın aldı və Azərbaycanın dəmir yumruğu ilə qarşılaşdı. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev o məsələyə də toxundu ki, Azərbaycan torpaqlarının işğalında Paşinyandan əvvəlki Ermənistan rəhbərliyi – Köçəryan və Sərkisyan cütlüyü də məsuliyyət daşıyır. İşğalçı orduya onlar rəhbərlik etmiş, işğal olunmuş rayonlarımız vandalizmə məruz qalaraq onlar tərəfindən dağıdılaraq yerlə yeksan edilmişdir. Son proseslər həm də onu göstərdi ki, Ermənistanın əsas məqsədi beynəlxalq vasitəçiləri aldatmaq olub. Güclü, bir neçə səddən ibarət istehkamların inşası, yeni yol layihələrinin planlaşdırılması, işğal olunmuş ərazilərin dağıdılması, burada yeni üzüm, nar, heyva və alma bağların salınması, emal müəssisələrinin yaradılması da bu fikri bir daha təsdiqləyir. Ermənistanın əsas məqsədi vaxtı uzatmaq və beləliklə torpaqları işğal altında saxlamaq olub. Əgər dəmir yumruq olmasa idi Ermənistan Azərbaycan torpaqlarını heç zaman geri qaytarmağı planlaşdırmırdı. 44 günlük müharibədə Azərbaycan ordusu həm də "güclü erməni ordusu" mifini darmadağın etdi, Ermənistan ordusu biabırcasına döyüş mövqelərini tərk edərək canını qurtarmağa çalışdı. Ancaq bu mümkün olmadı. Azərbaycan ordusu düşmənə layilqi cavab verdi. Əgər ermənilər baş verənlərdən düzgün nəticə çıxarmasalar Azərbaycanın daha sərt yumruğu ilə qarşılaşacaqlar".
sia.az