"Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının konfransı birlik daxilində istənilən siyasi və inteqrasiyanın inkişafına bu illər təkan verməyibsə, bundan sonra da verməyəcək. Artıq bu model yeni bir siyasi nizamda öz siyasi əhəmiyyətini itirir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, Rusiyanın müəllifi olduğu bu təşkilat, demək olar ki, formal bir təşkilat kimi xaraketirzə edilməlidir: "Çünki birlik dağılır və üzv dövlətlər arasında konfliktlər bu birliyin dağılmasına gətirib çıxarır. Xüsusilə, Rusiya tərəfindən birlik ölkələrinə qarşı ədalətsiz bir yanaşma qoyulduğu üçün birliyin səmərəliliyi effektiv olmadı. Rusiya üzv ölkələrlə tərəfdaş deyil, təzyiq siyasətinə üstünlük verdiyi üçün MDB daxilində paraçalanmaya yol açdı. Gürcüstanın MDB -dən çıxması və Ukraynanın da analoji addım atması demək olar ki, bu birlik daxilində parçalanmaya gətirib çıxardı. Ötən gün dövlət başçılarının onlayn konfransına Ermənistan Baş naziri Nikol Paşinyan da qoşulmadı. Ermənistan Baş nazirinin onlayn iclasa qatılmaması, bu ölkənin Qarabağ müharibəsində biabırçı məğlubiyyəti fonunda Prezident İlham Əliyevin qalib kimi burada verdiyi mesajlardan çəkinməsidir. Məhz Nikol Paşinyan dövlət başçısı İlham Əliyev qarşısında kapitulyasiyaya imza atan lider kimi görsənməməyi üstün tutdu. Qalib İlham Əliyev faktoru məğlub Paşinyanın bu iclasa qatılmamasına səbəb oldu. Ona görə də MDB dövlət başçılarının onlayn zirvə görüşünü atasının vəfatı ilə əlaqələndirdi. Nikol Paşinyan iki gündü atasının vəfat etməsinə baxmayaraq qəbul keçirib müsahibələr verir".
sia.az