PDF Oxu

Siyasət

  • 3 901

Cənab Prezidentin çıxışı Ermənistadankı revanşist fikirli qüvvələrə mesaj idi - ŞƏRH ÖZƏL

Cənab Prezidentin çıxışı Ermənistadankı revanşist fikirli qüvvələrə mesaj idi - ŞƏRH ÖZƏL

"Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox məsələlərlə yanaşı, Hadrutda baş verən son hadisələrdən də söz açıb". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Politoloqun sözlərinə görə, cənab Prezident bildirib ki, Hadrutda erməni terrorçuları peyda olub və Azərbaycan tərəfindən burada anti-terror əməliyyatı keçirilib: "Daha sonra Rusiya sülhməramlıları da erməni quldurlarının tərk-silah olunması və onların buradan çıxarılması ilə bağlı anti-terror əməliyyatına qoşulublar. Bu, ondan xəbər verir ki, noyabrın 10-da əldə olunmuş sazişin icrası ilə bağlı Azərbaycan və Rusiya tərəfi konkret əməli işlər görür. Lakin erməni tərəfi, erməni quldurları hələ də bu regionda mövcuddur".İ.Vəlizadə vurğulayıb ki, ermənilər sazişin həyata keçirilməsi ilə bağlı maddələrin yerinə yetirilməsinə əngəl törətməklə yanaşı, eyni zamanda, ümumiyyətlə əldə olunmuş atəşkəsə təhdid yaradırlar: "Məhz ona görə də, düşünürəm ki, Cənab Prezidentin bu çıxışı Ermənistadankı revanşist fikirlərlə oturub-duran dairələrə bir mesaj idi. Onlar həmin bu banditlər vasitəsilə Rusiya ilə Azərbaycanı toqquşdurmaq və regionda gərginlik yaratmaq istəyirlər. Cənab Prezident də bildirdi ki, əgər bu məsələ ilə əlaqədar ermənilər tərəfdən hər hansı addım atılarsa, onlar müvafiq cavab alacaqlar".

sia.az

Digər xəbərlər