PDF Oxu

Siyasət

  • 3 597

"Ermənistan dünya birliyini və həmsədrləri aldadıb" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan dünya birliyini və həmsədrləri aldadıb" ÖZƏL-MÜNASİBƏT

“Əgər birinci mərhələdə dünyada Azərbaycanın davasının haqlı olmasını sübut etmək vacib idisə, indiki mərhələdə Ermənistanın bölgədə dağıdıcı əməllərini sübut etmək üçün yaxşı bir fürsət yaranıb. İşğaldan azad olunan torpaqlarda Ermənistan əraziləri yerlə bir edib, bir tikili belə qoymayıb, halbu ki, bu ərazilər necə inkişaf etmiş ərazilər idi, özü də bunu müharibə bitdikdən sonra edib. Məhz bu məqam bir daha sübut edir ki, ermənilər ziyan verməkdən başqa bir işə yaramırlar”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının iclasında ölkə Prezidenti cənab İlham Əliyev bu reallıqları ən yüksək səviyyədə iştirakçıların diqqətinə çatdırdı: “İndi o ərazilərə artıq Azərbaycan nəzarət edir və işğalçı ölkənin imkanı olmayacaq ki, bu dağıntıları gizlətsin. Xarici diplomatlar və jurnalistlər artıq öz gözləri ilə bu reallıqları görürlər.Azərbaycan torpaqları hərbi yolla işğaldan azad etməklə bir çox sirlərin üstünü açmış oldu. Dünyaya göstərmiş oldu ki, Ermənistan dünya birliyini və ATƏT-in Minsk Qrupu həmsədrlərini aldadırmış və məqsədi nizamlanma prosesini uzadaraq ərazilərini genişləndirmək olub. Çətin keçilən istehkamlar tikməsi və işğal olunmuş ərazilərdə yeni müdafiə xətləri yaratması onu göstərir ki, Ermənistan bu torpaqları sülh yolu ilə qaytarmaq fikri olmayıb. Ona görə bu gün köhnə sərhədlərə qayıtmağı ilə belə çətinliklə barışır. Güclü Azərbaycan ordusu və Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın xeyrinə bu yeni reallığı yaratdı”.

sia.az

Digər xəbərlər