Dünya Bankı Qrupunun mühüm nəşrlərindən olan “Doinq Business” hesabatında Azərbaycanın dünyanın ən islahatçı 10 ölkəsindən biri olması, 191 ölkə arasında 28 - ci yerə yüksəlməsi qürur doğuran haldır. Bu sözləri SİA-ya verdiyi müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev eyib.
Komitə sədrinin sözlərinə görə, əlbətdə bu, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkədə ən mühüm sahələrdə islahatların həyata keçirilməsinə böyük önəm verməsinin nəticəsidir.“Elektrik təchizatı şəbəkələrinə qoşulma, müqavilələrin icrası, sərhəddə ticarət indikatoru üzrə aparılmış qiymətləndirmələr göstərir ki, Azərbaycan dövləti islahatçı bir ölkə kimi beynəlxalq normalara əməl etməklə iqtisadiyyatın inkişafı, insanların maddi - rifah halının yaxşılaşdırılması, ölkənin reytinqinin yüksəldilməsi və tanıdılması üçün lazım olan bütün tədbirləri görür.Dünya ölkələri arasında mövqeylərimizin möhkəmlənməsi və nailiyyətlərimizin təbliğ edilməsi, nümunə göstərilməsi sözsüz hər bir vətəndaşı sevindirir və gələcək uğurlara həvəsləndirir”, deyə Tahir Rzayev bildirib.
sia.az