Eks-spiker Rəsul Quliyev 1994-1996-cı ilə qədər Ermənistan parlamentinin sədri Araxçıyanla görüşüb, Ter-Petrosyanla telefonla danışdığını bildirib. SİA xəbər verir ki, onun sözlərinə görə, həmin vaxtı ermənilər əminliklə Azərbaycan torpaqlarının onların olması iddiasında deyildilər və Dağlıq Qarabağ barədə müəyyən bir status qəbul ediləndən sonra torpaqların qaytarılacağına əmin idilər. “Mənim Araxçıyanla (Ermənistan parlamentinin o zamankı rəhbəri) görüşümdən sonra mətbuat konfrası oldu, Araxçıyan bu torpaqların Azərbaycan torpaqları olduğunu qeyd etdi”, deyə Rəsul Quliyev bildirib.Eks-spiker Prezident Əliyevin əsas günahkarların Ermənistanın əvvəlki prezidentləri – Robert Koçaryan və Serj Sarqsyan olduqları fikrinində doğru olduğunu deyib. "İşğal olunmuş ərazilərimizi Köçəryan və Sərkisyan xarabalığa çevirib, Paşinyan yox" deməsi 100 faiz həqiqətdir”, qeyd edən Rəsul Quliyev ermənilərin ölkə başçımızın çıxışını qiymətləndirməyi bacarmadıqlarını da bildirib. O, hesab edir ki, ermənilər bu sözlərin obyektivliyinin gələcək Azərbaycan Ermənistan əlaqələrində həlledici rol oynayacağını başa düşməlidirlər.
sia.az