Xankəndi erməniləri şəhərdəki evlərini və mənzillərini təcili satışa çıxarırlar. SİA-ya daxil olan məlumata görə, bununla bağlı ermənilərin daşınmaz əmlaklarla bağlı satış saytlarında çoxsaylı elanlar verilməyə başlayıb.Bildirilir ki, qiymətlər baha deyil və bu ucuzluğun səbəbi əmlakların təcili satılması, ərazini tərk etmək, oradan köçmək istəyi və marağı ilə bağlıdır.Digər maraqlı cəhət budur ki, evlər və mənzillər içində olan avadanlıqları ilə birlikdə satışa çıxarılır. Bu fakt ermənilərin list.am saytında da göstərilməkdədir.Erməni biznes analitikləri bu məsələyə maraqlı münasibət bildirirlər. Onlar evlərin kimlərə satılacağı ilə bağlı maraqlandılar. Daha dəqiq desək, İrəvan və Ermənistanın digər şəhərlərinin erməniləri Xankəndidən ev, mənzil almağa maraqlı görünmürlər və bu, inandırıcı da görünə bilməz. Bu xüsusdan çıxış edən analitiklər belə qənaətə gəlirlər ki, imkanlı azərbaycanlılar Xankəndidə satılan mülklərə, ev və mənzillərə sahib olmaq imkanlarını artıra bilərlər.
sia.az