"Əvvəla onu deyim ki, Araik Arutunyan vurulmuş bir fiqurdur və onun legitimliyinə heç bir çox erməni siyasi dairələri də inanmır. Hər halda bu onların bir sıra mənbələrində bu qeyd olunur". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Ekspertin sözlərinə görə, yəni, Araikin və digər ermənilərin hansısa hesablamalar aparmaq, nəyəsə irad tutmaq, Xankəndinə və digər işğaldan azad olunmuş ərazilərə qayıdacaq azərbaycanlıların sayını kiçiltmək və ya təhrif etmək kimi heç bir hüquqi səlahiyyəti yoxdur: "Digər tərəfdən vurğulamalıyam ki, uzun illər ərzində Xankəndi şəhərində minlərlə azərbaycanlı yaşayıb və işləyib. Hətta azərbaycanlılar orada rəhbər vəzifələr tutub. Mən özüm Xankəndində olmuşam və bilirəm ki, azərbaycanlıların orada məskunlaşması 100 illiklərlə hesablanır".F.Sadıqov vurğulayıb ki, Araikin Amerika kəşf etmək qabiliyyəti də heç peşəkar səviyyədə deyil: "Ona görə də, onun azərbaycanlıların Xankəndinə qayıtması ilə bağlı sözlər deməsi, hər hansı təhriflər etməsi düzgün deyil. Başqa bir reallıq da ondan ibarətdir ki, Xankəndi faktiki olaraq Azərbaycanın ərazisidir və bu bütün sənədlərdə öz əksini tapıb. Heç bir dövlət Dağlıq Qarabağı və Xankəndi şəhərini erməni şəhəri kimi qəbul etməyib və tanımayıb. Məhz buna görə də nəyinki, 12 min hətta bu saydan artıq azərbaycanlını oraya yerləşdirməliyik. Çünki artıq biz bu prosesləri idarə edirik. Heç bir Arutunyanlar bu prosesə müdaxilə edə bilməz və biz buna imkan verməyəcəyik".
sia.az