PDF Oxu

Siyasət

  • 8 028

Gülayə Səfərova: “Mehriban xanımın təşəbbüsünə müharibə zamanı olduğu kimi, bu gün də qoşulmalıyıq” DƏSTƏK

Gülayə Səfərova: “Mehriban xanımın təşəbbüsünə müharibə zamanı olduğu kimi, bu gün də qoşulmalıyıq” DƏSTƏK

“Hər zaman insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanmış, xeyirxahlığın ali ünvanı olan Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb. Bu aksiyaya qoşulanlardan biri də birinci Qarabağ savaşında şəhid olaraq, ölümündən sonra Azərbaycan Bayrağı Ordeninə layiq görülmüş Şirinov Yusif İsa oğlunun oğlu Şirinli Fərhad Yusif oğludur”.Bunu SİA-ya “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Azərbaycanın QHT sektorunun tanınmış təmsilçisi Gülayə Səfərova sözügedən təşəbbüslə bağlı açıqlamasında bildirib.Onun sözlərinə görə, bu ali təşəbbüs hər bir vətənsevər azərbaycanlının ürəyincə olan bir addımdır və Heydər Əliyev Fondunun bu məsələdə də öncüllük təşkil etməsi, təşəbbüskar olaraq çıxış etməsi hər kəsdə, eləcə də “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyində qürur hissi ilə qarşılandı.“Biz də təşkilatımız adından Şirinli Fərhadın əsgərlərimizə aparacağı yardıma öz maddi dəstəyimizi göstərdik”, deyə qeyd edən Gülayə Səfərova belə addımların davamlı olacağını vurğulamaqla yanaşı, digər həmkarlarını da ardıcıl dəstək görməyə dəvət edib.“Düşünürəm ki, hörmətli, xalqın sevimlisi Mehriban xanımın bu gözəl təşəbbüsünə müharibə zamanı olduğu kimi, bu gün də hər birimiz qoşulmalıyıq və qarda, şaxtada, soyuqda hərbi xidməti davam etdirən igid, qəhrəman əsgər və zabitlərimizə zəruri dəstəyimizi göstərməliyik”, deyə "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova açıqlamasında vurğulayıb.

sia.az

Digər xəbərlər