PDF Oxu

Siyasət

  • 5 322

Son 17 il: Haqqa, ədalətə gedən yolun qalib lideri! - ŞƏRH

Son 17 il: Haqqa, ədalətə gedən yolun qalib lideri! - ŞƏRH

Azərbaycanın çağdaş tarixində yeni intibah mərhələsinin əsasını qoyan, milli mənafelərə söykənən strateji siyasi kursun ardıcıllığını təmin edən, təvazökarlığı həyat tərzinə çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 17 il ərzində sözü ilə əməli bir olan, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edən, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini, etimadını qazanan, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə xalqının Prezidenti olduğunu əməli və yorulmaz fəaliyyəti ilə sübuta yetirmişdir. Möhtərəm dövlət başçımızın keçdiyi həyat yoluna nəzər saldıqca, son 17 illik prezidentlik fəaliyyəti müddəti ərzində Onun böyük uğurlarla zəngin olan siyasi addımları da təsdiq edir ki, dövlət başçımız İlham Əliyev siyasəti bir fenomenə çevrilmiş gerçəklikdir.Xüsusilə də, Azərbaycanın haqqın, ərazi bütövlüyü uğrunda apardığı İkinci Vətən Müharibəsində Azərbaycan xalqının 30 illik həsrətinə 44 gün ərzində son qoymaqla bütün dünyaya sübut etdi ki, "Dağlıq Qarabağ problemi yoxdur!" deməklə Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! Çünki bu Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Güclü iqtisadiyyat, Güclü dövlət, Güclü Ordu, Rəşadətli əsgər və zabitlərimizin gücü ilə bu Qələbə Zirvəsinə nail oldu. Dünya miqyasında öz xüsusi çəkisi, yeri olan Azərbaycan Prezidenti İlham Əliyev - HAQQA, ƏDALƏTƏ GEDƏN YOLUN QALİB LİDERİ, YENİ BİR TARİX YAZAN SƏRKƏRDƏ 44 gün ərzində Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Prezident İlham Əliyev: "30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi"
Bəli, həqiqətən də Müzəffər Ordumuzun Sərkərdəsi İlham Əliyevin dediyi kimi: "30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq". Bəli, Azərbaycan dövləti həmişə haqqın, ədalətin, ərazm bütövlüyümüz uğrunda vuruşub. Məhz buna görə də, Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımız özümüzə - əsl sahibinə qaytardı. 44 gün davam edən Vətən Mmüharibəsi Azərbaycanın hansı imkanlara malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan dünyaya göstərdi ki, böyük, yenilməz xalqdır. Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində bildirdiyi kimi "Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək, dağıdılmış şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. Artıq istədiyimizə nail olmuşuq və bundan sonra xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".Bəli, bu gün böyük fəxr və qürurla qeyd edirik ki, artıq torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad edildikləri tarixi qeyd edəcəyik. Artıq "Dağlıq Qarabağ münaqişəsi" termini yoxdur! 10 noyabr 2020-ci il Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi sayəsində güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin sayəsində çoxəsrlik tariximizin Zəfər Günü yazıldı. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında 10 noyabr Zəfər Günü, 27 sentyabr Anım Günü təsis edildi.
Ata vəsiyyəti – Oğul hesabatı
Bu böyük qələbəni YUMRUQ KİMİ BİRLİYİ BİZƏ BƏXŞ EDƏN SƏRKƏRDƏMİZİN rəhbərliyi, Güclü Ordumuz və rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə əldə edildi.Həyata keçirilən bütün bu tarixi, misilsiz işlərlə yanaşı, Prezident İlham Əliyevin qarşısında müqəddəs sayıla biləcək vəzifə - Ata vəsiyyətinin - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident İlham Əliyev, özünün də qeyd etdiyi kimi, həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi Qarabağ idi. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Bu, Ali Baş Komandan İlham Əliyevin qələbəsi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə Xalqımızın, Ordumuzun, Milli Birliyimizin, Haqqın və Ədələtin zəfəri idi.
Bu tarixi Zəfər Qələbəsi ilə Azərbaycan Prezidenti İlham Əliyev həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.Şuşanın azad edilmləsi münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bəyan etdi: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər birimizdə böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə ilə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bu gün tək Qarabağ yox, işğal altında olan bütün torpaqlarımız geri qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, tarixin böyük qələbəsi idi. Bu qələbənin isə bir şəriksiz müəllifi var – Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev.Bəli, iki il öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev demişdir: «Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq».Bəli, o gün artıq bu gün oldu. Bütün bunlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının, Müzəffər Ordumuzun, Rəşadətli əsgərlərimizin və xalqımızın BİRLİYİ, Həmrəyliyi nəticəsində əldə edildi, 30 il qaçqınlığa, köçkünlüyə son qoyuldu. O Zəfər Paradı - 10 dekabr tariximizin ən parlaq səhifəsinə çevrildi. İşğaldan azad olunan torpaqlarımızda dalğalanan üç rəngli Bayraqlarımız Azadlıq meydanına gətirilərək bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!!!
Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq!
Bizlər də SON 17 İL: HAQQA, ƏDALƏTƏ GEDƏN YOLUN QALİB LİDERİNİ, QALİB SƏRKƏRDƏ Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarını təbrik edir, Ona can sağlığı, davamlı uğurlar və daha böyük zirvələri fəth edən qələbələr arzulayırıq! Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

sia.az

Digər xəbərlər