PDF Oxu

Siyasət

  • 6 389

Haqqa, ədalətə gedən yolun QALİB LİDERİ!

Haqqa, ədalətə gedən yolun QALİB LİDERİ!

Son 17 ildə - Qalib Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir

Bəli, 2020-ci il, noyabrın 10-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazmaqla, haqqa, ədaləta gedən yolun QALİB LİDERİ Ali Baş Komandan, Prezident İlham Əliyev TARİXİ QƏLƏBƏ NİDASINI qoydu. Və Vətən Müharibəsinin 44-cü günü – noyabrın 10-da Azərbaycan- Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında TARİXİ MÜQAVİLƏ, şanlı qələbəmizin müqaviləsi, ərazi bütövlüyümüzün təmin olunması qələbəsinin qəbul olunması ilə xalqımızın 30 illək həsrətinə son qoyudu.Noyabr ayının 16-da isə öz Liderinin, xalqının həsrətini çəkən o torpaqlarımızı ilk ziyarət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl torpaqlarına ayaq basdı. Elə həmin torpaqlarda 30 illik həsrətə son qoyan Qalib SƏRKƏRDƏ bildirdi ki, bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi: "Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var".
Prezident İlham Əliyev: "Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür"
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur: "30 ildir ki, Azərbaycan Ermənistan təcavüzündən əziyyət çəkir. Biz bu barədə dəfələrlə BMT başda olmaqla, dünyanın bütün beynəlxalq təşkilatlarını məlumatlandırmışıq. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə kağız üzərində qalıb".Dövlət başçısı bildirib ki, erməni vəhşiliyinin cavabı verilmədikcə, işğalçı ölkə öz cızığından çıxdı, bunun bir sonu olmalı idi və cinayətkar Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat cəhdini reallaşdırdı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi təxribatının qarşısının alınması üçün ordumuza əmr verdi. Güclü Azərbaycan Ordusu və məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazır. Bu o əsgərlərimizdir ki, düşmənləri 30 il işğal altında saxladıqları torpaqlarımızdan iti qovan kimi qovurlar: "Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu".Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi, "Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər". Mənfur düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, ordusu darmadağın edildi, Azərbaycan əsgərləri onları iti qovan kimi qovdu: "Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.Bu Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bir daha sübut edildi ki, bütün bunlara Azərbaycan Prezidenti, Müzəfər Ordunun Ali Baş Komandanı İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü Orunun, rəşadətli əsgər və zabitlərimizin gücü ilə əldə edildi.
"Bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir"
Azərbaycan Ordusunun potensialı göz önündədir. Ulu Öndərin başlatdığı ordu quruculuğunu son 17 ildə yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti dəfələrlə artıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu barədə deyib: "Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək".Bəli, o gün bu gün gəldi. Azərbaycan haqq yolunda olduğunu nümayiş etdirdi, ədalətin, ərazi bütövlüyün bərpa olunmasına nail oldu. Hətta bu gün inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycanın təcrübəsini öyrənir. Məhz bu inkişafın nəticəsidir ki, xalqımızın və Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni bir tarix yazıldı. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuzun müzəffər yürüşü düşmənə göz dağı çəkdirdi. Ən mühüm məqamlardan biri də milli məsələlərdə xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi ilə bağlıdır. Azərbaycan xalqı bütünlüklə Ali Baş Komandanın ətrafında sıx yumruq kimi birləşərək dövlətimizə və ordumuza həmrəylik nümayiş etdirdi. Bütün bunlar Azərbaycan dövlətinin gücünün, ordumuzun yenilməzliyinin, Ali Baş Komandan İlham Əliyev cənablarının son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
"Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır"
Bəli, bu gün bu faktor bütün dünya tərəfindən görünməkdədir. Azərbaycan Prezidenti Vətən Müharibəsində yaralananlarla görüşü zamanı bildirib ki, bizim əsgərlərimiz xilasgar əsgərlərdir, erməni əsgərləri isə işğalçı əsgərlərdir: "Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür".Bəli, uğur dalınca uğur, zəfər dalınca zəfər bizi müşayiət etdi, Azərbaycan ordusu şanlı tarix yazdı. Şanlı tarixin yazılmasının əsas memarı - Ali Baş Komandan, QALİB SƏRKƏRDƏ İlham Əliyev cənablarının son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir və Azərbaycan xalqı bundan sonra da yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Qarabağ Azərbaycandır!

sia.az

Digər xəbərlər