PDF Oxu

Siyasət

  • 4 995

“Cərimələrin artırılması mövcud vəziyyətdən irəli gəlir” ÖZƏL-MÜNASİBƏT

“Cərimələrin artırılması mövcud vəziyyətdən irəli gəlir” ÖZƏL-MÜNASİBƏT

Son günlər koronavirusa yoluxanların və xəstəlikdən ölənlərin sayının artması pandemiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsini reallığa çevirmişdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri xatırladıb ki, hələ də bir çox insanlar xəstəliyin ciddi fəsadlar törətdiyinin, ciddi problemlər yaratdığının fərqində deyillər.“Bir çoxları qayda–qanuna əməl etmir, qoruyucu vasitələrdən istifadə etmir, sosial məsafə saxlamır, sanitar–gigeniya qaydalarını pozur, başqalarını da yoluxdururlar. Məhz buna görə Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinə dəyişikliklər edilərək epidemiya əleyhinə, sanitariya-gigeniya və karantin rejimini pozduqları halda vəzifəli və hüquqi şəxslərə tədbiq olunan cərimələr artırılmışdır. Karantin rejiminin 785-dən çox vəzifəli şəxs tərəfindən pozulduğunu nəzərə alsaq cərimələrin sərtləşdirilməsinin vacibliyini lazımınca duyarıq.Xətalar məcəlləsinə edilmiş dəyişikliklər heç də bəzi insanların qeyd etdiyi kimi, vəzifəli və hüquqi şəxslərin sıxışdırılması, onların yersiz cərimə edilməsi deyil, əslində sağlamlığımızın qorunmasına, qayda-qanunun gözlənilməsinə xidmət edir. Nəyə görə hüquqi və vəzifəli şəxs bilə-bilə karantin rejimini pozmalı, kafe, restoran işləməli, səlahiyyətlərini aşmalı və cərimələnməməlidir? Əslində, kollektivə rəhbərlik edən, vəzifə daşıyan şəxslər epidemiyaya qarşı mübarizədə öndə getməli, başqalarına nümunə olmalıdırlar.Əgər yolxucu xəstəliyə yoluxanların sayı artırsa və buna laqeyd yanaşmalar varsa, mütləq cəza tədbirləri sərtləşdirilməlidir. Bu bizim hər birimizin sağlamlığı üçün çox önəmlidir. Elə bilirəm, həyatının və sağlamlığının qədrini bilən hər bir kəs cərimələrin artırılmasının tərəfdarıdır”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər