PDF Oxu

Siyasət

  • 4 033

Azərbaycan mediasi informasiya müharibəsinin önündə oldu - MÖVQE

Azərbaycan mediasi informasiya müharibəsinin önündə oldu - MÖVQE

"Media işçilərinə təşəkkür edirəm ki, müharibə vaxtı çox aktiv oldular. Həm cəbhə bölgəsində əsgərlərimizin yanında oldular, həm də xaricdə olan düşmənlərə qarşı informasiya müharibəsində öndə getdilər". SİA-nın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.Deputat Xankəndidə evlərin satışa çıxarılmasına da münasibət bildirib: “Xankındində ev alaq, almayaq” demək düşmən dəyirmanına su tökməkdir. Bu dolayısı yolla düşmən əlinə əsas verir ki, gələcəkdə hansısa planı həyata keçirsin”.S.Novruzov Azərbaycana qarşı əks mövqedə dayanan insanlarla bağlı fikir bildirib: “Azərbaycan ordusu şanlı qələbə əldə edib. Bu gün ermənilər tərəfindən maliyyələşənlər bunu həzm edə bilmir. O baxımdan da onlar sakit daya bilmirlər. Məkrli niyyətlərini ortaya qoyurlar. Amma onlar məkrlərini həyata keçirə bilməyəcəklər”.

sia.az

Digər xəbərlər