PDF Oxu

Siyasət

  • 5 571

"İlham Əliyev - Son 17 ildə xalqımızın ən böyük arzularını gerçəkləşdirən QALİB LİDER" Təranə Kərimova

"İlham Əliyev - Son 17 ildə xalqımızın ən böyük arzularını gerçəkləşdirən QALİB LİDER" Təranə Kərimova

"Son 17 il Azərbaycanımızın tarixinə ancaq uğurlar, naliyyətlər, qələbələr kimi yazılmaqla yanaşı, xalqımızın arzularının da gerçəkləşdirən Qalib Liderimiz, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarıdır. Qalib Liderimiz İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi".Bunu açıqlamasında YAP Səbail rayon təşkilatının sədri Təranə Kərimova SİA-ya açıqlamasında deyərək bildirib ki, Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı: "Xalqımızın 30 il həsrətində olduğu Qarabağ Azərbaycandır! arzusunu - Cəbrayılımızı, Qubadlı, Zəngilan, Füzuli, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər, Laçınımızı və digər o faşistxislətli, təcavüzkar Ermənistanın işğalından Ali Baş Komandanımız, Prezident İlham Əliyev diplomatik siyasəti, Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti nəticəsində azad etdi. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi"."Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi", - deyən T.Kərimova onu da bildirib ki, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Qalib Liderimiz Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi: "Bu, Azərbaycan xalqının şanlı qələbəsidir. Bu Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının siyasətinin Qələbəsidir! Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı bir daha sübut etdi ki, indi şərtləri Azərbaycan verəcək. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır"."Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının Qələbəsidir",-deyən T.Kərimova onu da vurğulayıb ki, əgər müasir dövlətçiliyimizin memarı Ümummilli Lider Heydər Əliyevdirsə, bu gün tarixi torpaqlarımızın bərpasının Şah qəhrəmanı isə Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevdir: "Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, dünya ölkələri tərəfindən Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi strateji kurs sayəsində tarixinin ən parlaq mərhələsini yaşayan Azərbaycanın humanitar, ictimai-siyasi, iqtisadi uğurları layiqincə dəyərləndirilir. Artıq dünya birliyi Azərbaycanın gücünü gördü və anladı ki, haqq, ədalət uğrunda savaşa qalxan ölkə öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcək. Nəticəni də bütün dünya gördü və şahid oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev dediyi kimi: "Qarabağ Azərbaycandır və nida» ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".

sia.az

Digər xəbərlər