"Son 17 ildə dünya ölkələri baş vermiş qlobal siyasi- böhranlardan , müharibələrdən əziyyət çəkmişdir. Dünyada baş verən hadisələrin ölkəmizə iqtisadi də ciddi təsirləri olmuşdur. Amma Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğuru sayəsində ölkəmiz bütün çətinliklərdən üzü ağ çıxaraq Azərbaycan özünün intibah və inkişaf illərini yaşayır". Bunu "Səs" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Onun sözlərinə görə, son 17 ildə Ulu Öndər Heydər Əliyevin əsası qoyduğu siyasi-iqtisadi kurs uğurla davam etdirilmiş, ölkəmiz qısa bir zamanda dünyanın ən böyük inkişaf tempinə malik ölkəklərin sırasına daxil ola bilmişdir: "Təbii ki, bütün uğurlarımızın təməlində ölkə başçımızın düşünülmüş uzaq görən daxili və xarici siyasəti, xalq-iqtidar birliyi dayanmışdır.Cənab İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən Ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev demişdir : "Bizim siyasətimizdə əsas məqsəd, dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq”. İlk növbədə xalqın dəstəyinə və inamına arxalanan Prezident İlham Əliyev ölkəmizin inkişafını təmin edən, 4 mərhələdən ibarət Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramlarının müəllifidir. Məhz bu proqramların uğurla icrası Azərbaycanın bütün regionların yüksək inkişafına gətirmiş, kəndlə şəhər arsındakı fərqi aradan qalxmışdır. Iqtisadi uğurlarımızı qısa olaraq rəqəm ifadəsində diqqətinizə çatdırmaq istəyirəm. Son 17 ili ərazində Azərbaycan iqtisdiyyatına 260 milyard dollar investisiya qoyulmuşdur. 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,9 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, indi 50 milyard dollara çatmışdır.. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür. Son 17 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 9000-ə yaxın şəhid ailəsi və müharibə əlilərinə evlər, mənzillər verilmişdir. Son 17 ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz-dən 96 faizə çatıbdır. 17 min kilometrdən çox avtomobil yolu tikilmişdir. Kəndləri rayon mərkəzləri ilə birləşdirən yollar əsasən ya asfaltlanıb və ya da cari təmir olunmuşdur. Bu gün Azərbaycan benəlxalq nəqliyyat dəhlizlərin və qitələri birləşdirən neft-qaz ixrac kəmərlərinə malik ölkəyə çevrilmişdir. Uğurlarımız beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən də izlənilir. BMT-nin “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşmışdır. Dünya Bankının Doing Biznes jurnalının hesabatında Azərbaycan dünyada ən islahatçı 10 ölkəsi arasında yer almışdır. Ordumuz dünyanın ən güclü 50 ordusu arasında yer almışdır. İqtisadi uğurlarımız siyasi müstəqilliyimizi möhkəmlətmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2 ildə BMT TŞ-na sədrilik etmişdir. Bu gün ölkəmiz 130 ölkənin üzv olduğu Qoşulmama Hərakatına və Türk Dövlətləri Əməkdaşlığı Şurasına sədrilik və ev sahibliyi edir".A.Badamov onu da bildirdi ki, Azərbaycan həm də, dünyanı narahat edən koronavirus pandemiyasına qarşı uğurla mübarizə aparır: "Ölkədə yeni modul xəstəxanaları qısa bir müddətdə tikilib istifadəyə verməklə 10 mindən çox yataq yeri COVİD xəstələrin müalicəsinə cəlb olunmuşdur. Tətbiq olunmuş sərt karantin rejiminin insanların sosial vəziyyətinə mənfi təsirlərini azaltmaq məqsədilə böyük maliyyə dəstək proqramları icra olunur. Həm də dünyada pandemiya qarşıya mübarizəyə töhfə verərək Azərbaycan ÜST-na 10 miyon dollar və 30 ölkəyə müxtəlif yardımlar göndərmiş, BMT-nin xüsusi sesiyasının çağırılmasının təşəbbüskarı olmuşdur. Son 17 ildə həll olunmamış yeganə problemimiz torpaqlarımızın işğal altında qalması məsələsi idi. 27 sentyabrda başlanmış 44 günlük Vətən müharibəsi məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfərimizlə başa çatmış, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyümüz təmin olunmuşdur. Təəssüf ki, şəhid verdik. Müharibə şəhid aparır. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə şəfa verisn. 10 dekabrda Azadlıq meydanında keçirilmiş hərbi parad qələbəmizin rəmzi ifadəsidir.. Yeni ərazilər uğrunda yeni müharibə ismarıclarıyla tankları Bakıya qədər gələcəkdir hədələyici ifadələrini səsləndrən ermənilərin arzusunu ürəyində saxlamayaraq Azərbaycanın rəşadətli ordusu müharibə qənimətləri kimi götürülmüş məğlub düşmən tankları Bakıya gətirilərək paradda nümayiş etdirilmişdir. Məhz Cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlarımızı qısa bir zamanda yenidən quracayıq, köçkün və qaçqınlarımız öz ata-baba yurdlarına qayıda biləcəklər. Son 17 ildə Prezident İlham Əliyev xalqa verdiyi bütün vədlərini icra edib. Cənab İlham Əliyev Azərbaycanın alternativsiz, həmişəlik Prezdentidir. Bu gün hər bir Azərbaycan vətəndaşı öz Prezidenti ilə fəxr edir. Bu gün hörmətli Prezidentimizin ad günüdür. Bu əlamətdar gün münasibətilə Cənab İlham Əliyevi təbrik edir, can sağlığı, ölkəmizin daha inkişafı və gücləndirilməsi yolunda uğurlar arzulayıram".
sia.az