Rusiyanın nüfuzlu "Vedomosti" qəzeti tərəfindən keçirilən "İlin Siyasətçisi" sorğusunun nəticələri dərc edilib. SİA-nın "Vedomosti" qəzetinə istinadən verdiyi məlumata görə, bu ada Azərbaycan prezidenti İlham Əliyev layiq görülüb.Oxucuların seçiminə görə, Azərbaycan Prezidentini haqlı olaraq Ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan yeganə Lider adlandırmaq olar: "Bölgənin ölçülərinə bu "İlin siyasətçisi" - İlham Əliyevin həqiqətən möhtəşəm qələbəsidir".Qeyd edək ki, "Vedomosti" qəzetinin keçirdiyi sorğuda "İlin Siyasətçisi" adına namizədlər siyahısında ABŞ-ın yeni seçilmiş prezidenti Jo Baydenin, o cümlədən Rusiya, Türkiyə, Belarusiya, Fransa prezidentləri Putin, Ərdoğan, Lukaşenko və Makronun da adları yer alıb.
sia.az