Yeni Azərbaycan Partiyasının prespektiv fəaliyyət Proqramına uyğun olaraq 24 dekabr 2020-ci ildə YAP Şamaxı rayon təşkilatının təşkilatçığı ilə onlayn elmi-praktiki konfransı keçirilmişdir. Vebinarda YAP İcra Katibliyi tərəfindən tövsiyyə olunan mövzu və tezislər geniş istifadə olunmuşdur.Videokonfransda partiyanın aparat işçiləri, gənclər, ziyalılar, Ağsaqqallar iştirak etmişlər. İlk öncə aparat rəhbər Altay Məmmədov giriş sözülə yığıncağı açaraq bildirdi ki, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük.Çıxış edən natiqlər Mayıl Alcanov, (Ağsaqqallar Şurasının sədri) Şahsəddin Mikayılov,(ADPU Şamaxı filialının kafedra müdiri) Şahmar Hüseynov (Gənclər və İdman idarəsinin rəisi). Rəfail Tağızadə( İsmayıllı regional mədəniyyyət idarəsinin Şamaxı üzrə nümayəndəsi) Könül Eyvazova( Şamaxı H.Əliyev Mərkəzinin direktoru) Ərəstun Xələfov ( Şamaxı Mərkəzi Kitabxananın müdiri) qeyd etdilər ki, adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən Prezident İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin mühüm tərkib elementlərini, o cümlədən Vətən müharibəsində həm döyüş meydanında, həm də diplomatik masada əzəli düşmənimiz üzərində qazanılmış inamlı, parlaq qələbəmizi təmin edən güclü, müasir ordu quruculuğunun və dinamik, dayanıqlı iqtisadi inkişafın Azərbaycan modelinin müxtəlif aspektlərini geniş təhlil etdilər.Sonra Konfransda çıxış edən digər natiqlər İlham Əliyev şəxsiyyətini, zəngin dövlətçilik təcrübəsini, liderlik xüsusiyyətlərini və siyasi uğurlarını geniş şərh edərək, müasir müstəqil Azərbaycan dövlətçiliyinin tarixi nailiyyətlərindən və inkişaf perspektivlərindən, ölkə başçısı İlham Əliyevin Azərbaycanın siyasi maraqlarını yüksək səviyyədə layiqincə qorumasından və Vətən müharibəsində xalqımıza bəxş etdiyi möhtəşəm Qələbə sevincindən danışdılar. Konfrans iştirakçıları Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə “Xalqın Qəhrəmanı” Fəxri adının verilməsi təklifini yekdilliklə dəstəklədilər.bir daha təbrik etdilər.Sonda Şamaxı 9 saylı tam orta məktəbinin 7-ci sinif şagirdo Ədilova Aytən İlham Əliyevə həsr olunmuş şeer söylədi.
sia.az