30 ilə yaxın zaman müddətində həll olunmayan Dağlıq Qarabağ problemin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Və Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində "Qarabağ Azəbaycandır və QƏLƏBƏ NİDA"-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu haqqın qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir.Bu sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən TARİXİ QƏLƏBƏSİDİR! Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməklə yanaşı Ali Baş Komandanımız 44-cü günün son həftə sevincini də xalqına çatdıran Azərbaycan Prezidenti İlham Əliyev cənablarının "Biz öz Vətənimizə, doğma Qarabağımıza qaydırıq!" xəbəri Azərbaycan xalqına verdiyi ən böyük müjdəsidir!
"Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm"
Ali Baş Komandan xalqa müraciətində bildirib ki, hər dəfə qələbə müjdəsini xalqına çatdırmaqdan qürur duyduğunu bildirib: "Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz".Bəli, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Şuşa, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı "məğlubedilməzlik" mifi darmadağın oldu. Düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Noyabrın 8-də Şuşanın, 9-da 71-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə ZƏFƏR HƏFTƏSİ kimi həkk olundu. Bu zəfərə nail olmağımız - Müzəffər Ali Baş Komandan-Xalq-Güclü Ordu Birliyi və Rəşadətli əsgər və zabitlərimizdir. Ən əsası isə, Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsi sübut etdi ki ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır. Və haqq savaşı aparan Azərbaycan avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı.
"Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".Bu 44 gün həm də "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün bir daha hər bir azərbaycanlının Prezidenti olduğunun reallığıdır.Bəli, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 44 günlük Zəfər Qələbəsi "Qarabağ Azərbaycandır və nida işarəsi"-söyləyən Prezidentimiz son 17 ildə - hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur. Ən əsası isə, noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazılan tarixidir.
"Bir qarış torpağımızı belə heç kəsə verən deyilik - Qarabağ Azərbaycandır!"
Bəli, son 17 il Prezidentlik fəaliyyəti ərzində Ali Baş Komandanımız "bir qarış torpağımızı belə heç kəsə verən deyilik" xəbərdarlığının bu gün Azərbaycan xalqı, bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır!"Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi"_deyən Müzəffər Ali Baş Komandan bu gün apardığı uğurlu, diplomatik siyasəti ilə sübut etdi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".Bəli, xalqımız, bütün dünya dövlətləri və xalqları bir daha gördü ki, Azərbaycan bütün bu qələbələrə həmrəyliyi, XALQ-İQTİDAR birliyi ilə qazanıb və 2020-ci ilin 31 Dekabr Həmrəylik gününə Azərbaycan son əsrlərin ən böyük zəfərini qazanmaqla bu böyük sevinci yaşayır, 2021-ci ilə isə bir milyondan artıq soydaşlarımız "köçkün" damğası ilə getmir. Bir daha 2021-ci ildə doğma yurd-yuva həsrətindən danışılmayacaq.
"Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdaca".
"Ona görə də biz bu əraziləri bərpa edəcəyik. Biz kömək edəcəyik. Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən təkcə bu il 7 min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə 5 nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir",-deyən Prezident İlham Əliyev bildirib ki, köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq: «Hər bir köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar".
Bəli, bu gün işğaldan azad olunun şəhər və kəndlərin erməni vandalları tərəfindən necə vəhşiliklə dağıdıldığını, yaşayış evləri ilə yanaşı, tarixi-mədəni abidələrimiz Prezidentimiz İlham Əliyev cənablarının göstərişi ilə bu şəhər və kəndlər yenidən qurulacaq, infrastruktur bərpa ediləcək. Ölkəmizin iqtisadi qüdrəti bu məsələnin həllinə imkan yaradacaq. Bu rayonlar və bütövlükdə, Dağlıq Qarabağ böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaradılacaq. Bir sözlə, məskunlaşma üçün heç bir problem olmayacaq. Məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılması təmin ediləcəkdir.
Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır
Necə ki, ilk dəfə 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – «Böyük Qayıdışın başlanğıc» nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrildi. Bu gün artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə "Böyük Qayıdış" da davam edir".Bütövlükdə, inşallah 2021-ci il ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhvə verəcək.Bir sözlə, Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Çünki dövlətimizin başçısı dediyi kimi, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!
sia.az