PDF Oxu

Siyasət

  • 4 460

Diversiya cinayətlərinin araşdırılmasında sülhməramlılar daha çox maraqlı olmalıdır - ŞƏRH ÖZƏL

Diversiya cinayətlərinin araşdırılmasında sülhməramlılar daha çox maraqlı olmalıdır - ŞƏRH ÖZƏL

"Darmadağın edilmiş Ermənistan ordusunun Dağlıq Qarabağ ərazisində, guya dağlarda, keçilməz yerlərdə gizlənərək hələ də qalmağa davam edən başıpozuq dəstələrin əsgərlərimizə və hətta Azərbaycanın mülkü xidmət əməkdaşlarına qarşı törətdikləri müxtəlif təxribatlar bu gün hələ də narahatlıq doğurmaqda davam edir. Bu həmçinin sülhməramlıların Qarabağ ərazisindəki fəaliyyətinə kölgə salmaqda və şübhələr oyatmaqda davam edir. Noyabrın 10-da imzalanmış sənəddə aydın şəkildə sülhməramlıların missiyası göstərilir. Bildirilir ki, sülhməramlıların həmin ərazilərdə həmin əməliyyatların dayandırılmasına atəşkəsin davamlı olmasına nəzarət etməkdən ibarətdir. Tamamilə aydın mətnlə yazılan bu sənədin qarşıya qoyduğu vəzifələrin icrası baxımından bu gün rastlaşdığımız faktlar, xüsusilə də Hadrut rayonunda Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə qarşı törədilmiş cinayət xarakterli təxribatlar çox böyük narahtlıq doğurmaqda davam edir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, sözügedən sənəddə sülhməramlıların vəzifəsinin əməliyyatların dayandırılmasına və atəşkəsin davamlı olmasına nəzarət etməkdən ibarət olduğu göstərilir: "Ancaq bu gün orada baş verənlər şübhələnməyə əsas verir ki, sülhməramlı missiyalar öz vəzifəsinin öhdəsindən gələ bilmir və yaxud vəzifəsini axıra qədər icra edə bilmirlər. Belə vəziyyət birbaşa qurbanlar verən tərəf olaraq Azərbaycan tərəfindən daha çox atəşkəsin davamlılığına nəzarət missiyasını yerinə yetirən sülhməramlıların aid olduğu ölkənin-Rusiya rəhbərliyini də narahat etməlidir. Aydınlaşdırılmalıdır ki, həqiqətən burada qalıb terrorçuluq fəaliyyətlərinə davam edən edən başıpozuq dəstələr kimi qələmə verilən erməni quldurları özbaşına hərəkət edirlər, yoxsa onlar Ermənistandan və yaxud dünyanın müxtəlif ölkələrindəki erməni diasporalarından müəyyən tapşırıqlar alırlar. Biz bilirik ki, bu gün Qarabağda və keçmiş münaqişə zonasında baş verən hadisələrə və vəziyyətə təsir etmək baxımından maraqlı dünya qüvvələri də var. O cümlədən ən aktiv qüvvələrdən biri Fransanın siyasi rəhbərliyidir ki, heç cürə burada vəziyyətin sakitləşməsinə imkan vermək istəmirlər. Ona görə, Rusiyanın sülhməramlı qüvvələri vəziyyətin nə yerdə olduğunu araşdırmaqda bizdən daha çox maraqlı olmalıdırlar".A.Quliyev vurğulayıb ki, 10 noyabr razılaşması imzalandıqdan sonra Ermənistanda müəyyən dairələr bu məğlubiyyətlə barışmayaraq partizan hərəkatına çağırış edirdilər: "Ona görə bu gün şübhələr yaranır ki, keçmiş münaqişə ərazisində qalan dəstələr kimi qələmə verilən bu adamlar həqiqətən də başıpozuq dəstələrdir, yoxsa Ermənistanın müəyyən dairələrinin öncədən nəzərdə tutduqları kimi separatçıların gələcək partizan hərəkatına hazırlıq görən mütəşəkkil dəstələrdir. Onu da deyim ki, Hadrutda törədilən sonuncu terror hadisəsindən bir neçə gün əvvəl separatçı qurumun Təhlükəsizlik Şurasının katibi təhlükəli bir bəyanat verib və bildirib ki, biz Hadrutu qaytarmalıyıq. Bu cür hadisələrin baş verməsi haqqlı olaraq şübhələri bir daha möhkəmləndirir ki, Hadrut ərazisində Azərbaycan əsgərinə hücum edən həmin o dəstələr məqsədli şəkildə idarə olunur və onlar heç də başıpozuq dəstələr deyillər. Bütün hallarda bölgədə sülhün davam etməsinə nəzarət edən sülhməramlı qüvvələr, onların hərbi və siyasi rəhbərliyi, bir sözlə Rusiya rəhbərliyi bu hadisələri sona qədər araşdırmaqda maraqlı olmalı və ona görə nə qədər məsuliyyət daşıdıqlarını nümayiş etdirməlidirlər. Əks halda sülməramlıların fəaliyyəti bu cür fövqəladə təzahürlərlə müşaiyət olunacaqsa, açıq deyək bölgədə Rusiya sülhməramlılarının fəaliyyətinə qarşı ictimai narazılıq böyüyə bilər. Bir şeyi Rusiya nəzərə almalıdır ki, sülhməramlı qüvvələrin tərkibində Türkiyənin iştirak etməməsi və bu missiyanın təkcə Rusiya qüvvələri tərəfdən aparılması Azərbaycanda ictimaiyyət arasında bir çox suallar doğurub. Bütün bunlarla yanaşı erməni silahlı dəstələri tərəfindən bu cinayətlərin törədilməsi Azərbaycan ictimaiyyətində sülhməramlılara olan münasibəti xeyli dərəcədə dəyişdirir. Ona görə də Rusiya bu məsələlərin araşdırılmasında bizdən də artıq maraqlı olmalıdır".

sia.az

Digər xəbərlər