Siyasət

  • 7 419

44 günlük Vətən Müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu Mahirə Əmirhüseynova

image

Şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız Azərbaycan adlı dövlətə, xalqa qürur yaşatdılar

2020-ci il tarixə çevrildi. Bütün illər təbii ki, yaşanır və tarixə qovuşur. 2020-ci il isə Azərbaycan xalqını həm də 30 illik həsrət çəkdiyi tarixinə qovuşdurdu. Artıq təsdiqlənib: 2020-ci il dünya insanlarının yaddaşında əbədi həkk olunacaq. Xüsusən pandemiya bəlası bu ilin daim acı düşüncəylə xatırlanacağının əsasını qoydu.Bəlkə də yeganə faktdır ki, 2020-ci ildə Azərbaycan və azərbaycanlılar üçün pandemiya ağırlığını unutduracaq hadisə baş verdi. 44 günlük Vətən Müharibəsi nəticəsində 30 illik işğal faktoruna son qoyuldu.Daha konkretləşdirsək, 2020-ci il bir əsr boyu haqqında danışılacaq tarixin özüdür. Gələcək araşdırmaçılar ötən ildə yaşananlar barədə hələ çox yazacaq.Yeni ilə bir neçə gündür qədəm qoymuşuq. İndi durduğumuz yerdən arxaya dönüb baxanda yaşadıqlarımızı ümumi şəkildə necə dəyərləndirə bilərik? Bu sual “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovaya ünvanladıq.QHT rəhbəri 2020-ci ildə baş verən hadisələrindən söz açarkən həyata keçirilən yaxşı işlərə diqqət çəkməyin tərəfdarıdır. Onun fikrincə, 9 ay müddətində COVİD-19-un fəsadları, ona qarşı aparılan mübarizə insanları nə qədər yormuşdusa, 27 sentyabr tarixində başlanan haqq uğrunda Vətən Müharibəsinin möcüzəvi nəticəsi yaşadığımız ağrıları bizə unutdurdu: "2020-ci il Azərbaycan xalqının gücünü, nəhəng xarakterə sahib olduğunu, özündə müsbət keyfiyyətləri birləşdiyini bir daha dünyaya göstərdi. İlin əvvəlində pandemiya elan olunandan sonra dövlət və xalq birliyi faciələrin qarşısını ala bildi. Tətbiq olunan qorunma qaydalarına maksimum səviyyədə əməl etməyə çalışan vətəndaşlarımıza həm dövlət, həm ictimaiyyət kömək oldu. Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi çevik qərarlar, tapşırıqlar virusun geniş arealda yayılmasına imkan vermədi. Koronovirusla Mübarizə Fondunun yaradılması və ora ianələrin edilməsi də mübarizənin dayanıqlı olmasına kömək etdi".M.Əmirhüseynova bildirir ki, həmin dövrdə iqtisadiyyata dəyən zərbənin təsirlərinin aradan qaldırılması məqsədilə böyük işlər görüldü. Əhalinin işsiz təbəqəsinə 4 ay mütəmadi 190, 250 manat yardımların verilməsi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə aztəminatlı ailələrin ərzaq yardımları ilə təmin olunması, ayrı-ayrı iş adamlarının verdiyi dəstək vəziyyətin faciəvi həddə çatmasının qarşısını aldı: "Dünyada bəlkə də yeganə xalqıq ki, pandemiya dövründə xeyli sayda xəstəxanaların tikilməsinə nail olduq. Ölkədə maska istehsal edən fabrikin tikintisi də qısa zaman ərzində baş tutdu. Bununla yanaşı inzibati nəzarəti həyata keçirənlərin mütəşəkkil formada əhali ilə insanpərvər şəkildə davranışı, qaydalara əməl olunmasının yüksək səviyyədə təminatının təşkili də xəstəliyin daha ağır fazaya keçməsinin qarşısını aldı. Mən burada polislərin, həkimlərin, jurnalistlərin, vətəndaş cəmiyyəti institutlarının rolunu xüsusi vurğulamaq istəyirəm. Polislər barəsindəsə ayrıca danışmaq daha doğru olardı. Onlar qaydaların tətbiqinə olduqca səmərəli nəzarət etməyi bacardılar. Düzdür istisna hallarda insanlar qadağalardan bezdiklərini dillərinə gətirdilər, ancaq polis həm də mənəvi baxımdan əhalini maarifləndirərək, qaydalara əməl ertməyin məhz elə onların özləri üçün xeyirli olduğunu izah edirdi. DİN-in əhaliyə müraciətləri, xəbərdarlıqlarını xahiş cümlələri ilə müşahidə olunrdu. Qaydaları pozmaq qəti qadağaın edilsə də, polis bu qadağanı insanlara hörmət və sevgi ilə izah etməyə çalışırdı. Komendant saatı qüvvədə olduğu günlərdə həftənin 7 gününü polisin 24 saat fəaliyyət göstərməsi, terrorçu Ermənistanın ölkə ərazisində, xüsusən paytaxtda törədə biləcəyi terror hadisələrinin öncədən qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirməsi hər kəs tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Əlbəttə prosesin uğurlu aparılmasında vətəndaş cəmiyyəti təmsilçilərinin də əməyi az olmadı. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı və dəstəyi ilə həyata keçirilən layihələr əhalinin maariflənməsinə çox böyük kömək oldu".Təşkilat sədri onu da vurğulayır ki, Prezidentin rəhbərliyi ilə hökumətin həyata keçirdiyi tədbirlər iqtisadiyyata dəyə biləcək ağır zərbələrin xeyli dərəcədə yumşalmasına səbəb oldu. Demək olar iş yerlərində kütləvi ixtisarlar aparılmadı, biznesmenlərə, əsasən də kənd təsərrüfatı ilə məşğul olan insanların məhsullarının bazarlara çıxarılmasına bu və ya digər dərəcədə imkanlar yaradıldı. Quru və hava sərhədlərinin bağlanmasına baxmayaraq, ölkədə qıtlıq, bahalıq yaşanmadı: "Bütün bu üstünlüklərin ümumi səbəbi, Azərbaycan xalqının və dövlətinin böyük potensiala sahib olduğunu göstərdi. Sentyabrın 27-də başlayan haqq savaşı ilsə bu potensialın qarşısında bir nida işarəsi qoydu. Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida" deməklə bütün xalqı bir amal ətrafında birləşmək üçün ayağa qaldırdı. Pandemiya ilə mübarizə aparan xalq paralel olaraq mənfur işğalçıya qarşı haqq mübarizəsinə hazır olduğunu bəyan etdi. Dünya tarixində möcüzə yaşandı: 44 gün içərisində 30 illik işğala son qoyuldu. 2020-ci ilin tarixdə xoşagəlməz il kimi qalmasına imkan vermədik. Bu gün biz ancaq böyük qələbəmizi xatırlayırıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin. Onlar bizə ən böyük xoşbəxtlik yaşadıb, özləri şəhadətə qovuşdular, əbədiyyət zirvəsinə ucaldılar. Şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız Azərbaycan adlı dövlətə, xalqa qürur yaşatdılar. Həmrəyliyimiz böyük amal uğrunda mübarizədə qələbəmizin təminatçısı oldu. Artıq işğaldan azad olunan yerlərdə tikinti-quruculuq işlərinə başlanılıb. Prezident bəyan edib ki, Qarabağı əsl cənnətə döndərəcəyik. Bununla paralel olaraq, şəhid, qazi ailələrinin hər biri dövlətin nəzarətinə götürülüb. DOST xidmətinin yaradılması, qısa müddət ərzində xeyli işlər görməsi onu bur daha sübut edir ki, qələbənin səbəbkarları dövlətin daim diqqətində olacaqlar. Azərbaycan Ordusuna da yüksək qayğı göstərilir. Müdafiə Nazirliyi işğaldan azad olunan ərazilərimizdə xidmətə başlayan əsgərlərimizin təminatını təşkil edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsgərlərin ən ümdə təlabatları onların öz istəkləri əsasında təmin olunur. İnsanlarımız da bu istiqamətdə yaradılan fondlara ianələrini davam etdirirlər. Xalq - Prezident - Dövlət birliyi bizi 2020-ci ilin təlatümlərindən nəinki qurtara bildi, hətta möhtəşəm qalibiyyət də yaşatdı".2021-ci ilin Azərbaycanın həyatında daha gözəl il olacağına əminliyini ifadə edən M.Əmirhüseynova düşmən üzərində qalibiyyətin xalqa açdığı imkanlardan dövlətin dəqiqliklə bəhrələnəcəyinə inandığını bildirir: "2021-ci il Azərbaycanın qarşısında işıqlı il kimi açılacaq. Biz bu il böyük işlər görəcəyik. Vətənin azadlığı, bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın, qazilərimizin, döyüşçülərimizin arzusu yüksək səviyyədə gerçəkləşəcək. Prezident son çıxşılarının birində bildirdi ki, "Mən şəhidlərin ruhu qarşısında and içmişəm, Qarabağı cənnətə döndərəcəyik". Əlbəttə belə də olacaq, bax onda biz 2020-ci ili xatırlayanda acı təəssüf hissi keçirməyəcəyik, əksinə, o ağır ilin məcrasını öz xeyrimizə dəyişə bildiyimiz üçün fəxarət hissi yaşayacağıq".

sia.az

Digər xəbərlər