Siyasət

  • 3 878

Millət vəkili: “Bu, tipik erməni xəstəliyidir, psixoloji bir sindromdur” ELMAN MƏMMƏDOV

image

“Nə qədər ki dünyada ermənilər var, bu xəstəlik daim yaşayacaq”. SİA xəbər verir ki, sözügededən fikirləri ölkə parlamentinin deputatı Elman Məmmədov düşmənin revanşist düşüncələrdən xilas ola bilməməsi ilə bağlı davranışlarını şərh edərkən bildirib.Millət vəkilinin sözlərinə görə, tarix sübut edib ki, ermənilər Balkanlarda, İranda, Türkiyədə və Qafqazda yaşadıqları zaman heç vaxt torpaq iddialarından əl çəkməyiblər. “Onlar həmişə yaşadıqları dövlətin, qonşu ölkələrin ərazisinə sahiblənmək iddiasında olublar. Bu, tipik erməni xəstəliyidir. Siyasət, istək arzu bu qədər ola bilməz. Sadəcə, psixoloji bir sindromdur. Nə qədər ki dünyada ermənilər var, bu xəstəlik daim yaşayacaq”, deyə qeyd edən Elman Məmmədov xatırladıb ki, Prezident İlham Əliyev də erməni tərəfinin doğru olmayan qərar verdikləri halda, bədələnin ağır olacağı ilə bağlı bəyanat səsləndirib: “Cənab Prezident xalqa sonuncu müraciətində bir sıra məsələlərə toxunaraq, Azərbaycana qarşı revanşist ab-havada olanlara da mesaj göndərib. Cənab Prezident məğlub Ermənistanın bundan dərs çıxarmalı olduğunu bildirib. 44 günlük müharibə Azərbaycan dövlətinin ərazisində aparılıb. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək üçün Vətən müharibəsinə başlayıb. Yenidən erməni faşizmi baş qaldırsa, artıq müharibə Ermənistan ərazisinə keçəcək. Beləliklə Ermənistanın mövcudluğu sual altına düşəcək”.Elman Məmmədov hesab edir ki, erməniləri qisasçılığa doğru sürükləyərək, mənəətlərini güdən tərəflər də var: “Fransa kimi dövlətlər cinayətkarı, terrorçunu dəstəkləməklə öz tarixlərinə belə zərbə vururlar. Makron kimilər, bəzi Avropa dövlətlərinin parlamentləri, erməni lobbisinin maliyyəsindən asılı olanlar Ermənistanı növbəti təhlükəyə sürükləyirlər”.“Cənab Ali Baş Komandan xalqa müraciətində bütün bunlara cavab olaraq ciddi mesajlar verdi”, deyən deputat xatırladıb ki, məhz həmin cavabda ermənilərin başlarının yenidən dəmir yumruqla əziləcəyi istisna olunmayıb: “Açıq şəkildə vurğuladı ki, ermənilər bundan sonra hansısa bir iddiaya düşsələr, yenidən başları dəmir yumruqla əziləcək. Ermənistanda prosesləri düzgün qiymətləndirənlər varsa, mənsub olduqları xalqı bu yanlış yoldan çəkindirməlidirlər. Əks təqdirdə yenidən müharibə başlasa, döyüş əməliyyatları Ermənistan ərazisində gedəcək”.

sia.az

Digər xəbərlər