Siyasət

  • 2 968

"Azərbaycan Türkiyə ilə hərəkətə keçməlidir" ÖZƏL-MÜNASİBƏT

image

"Noyabrın 10-da üç tərəfli atəşkəs bəyannaməsi hüquqi sənəddir və bu məlum birinci Qarabağ müharibəsində atəşkəs sənədi olan "Bişkek protokolundan" da xüsusi əhəmiyyətə malikdir. Çünki bu bəyannamə dövlət başçıları tərəfindən imza edilib və bunun siyasi-hüquqi öhdəlikləri yerinə yetirilməlidir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, Azərbaycan bu bəyannamədən irəli gələn müddəalara əməl edir: "Çünki bu bəyannamə tərəflərə öhdəliklər qoyur. İmzalanan Bəyannamədə Qarabağın "statusu" ilə bağlı heç bir bənd yoxdur və Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilib. Məhz Prezident İlham Əliyev də həmin gün çıxışında Bəyannamədə "statusun" olmadığını Paşinyana müraciətində də qeyd etmişdi.Üçtərəfli Bəyannamədə status yoxdursa, Rusiya prezidenti "status" məsələsini qaldırırsa, artıq bu razılaşmanın pozulması deməkdir. Əgər Rusiya və Ermənistan bu məsələdə belə bir mövqeyə malikdirsə, bunu Bəyannamədə qeyd etdirərdilər. Demək, Moskva və Yerevan Bakı-Ankara tandemi qarşısında geri çəkilib. Və statusun olmayacağı onların diqqətinə çatıdırılıb. Azərbaycanın el məsələsi ilə desək, "Toydan sonra nağara" deyimi bunlara şamildir. Bəyannamədən sonra "status" yadlarına düşüb.Rusiya tərəfi təkcə status məsələsində deyil, erməni silahlı birləşmələrini də ərazilərdən çıxarmadı. Göründüyü kimi, Dağlıq Qarabağda problemin qalmasında maraqlı görünürlər. Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik iclasında Arayik Arutunyanı dəvət etməsi, yeni bir probelmə yol açır. Rusiya və Ermənistan Minsk qrupunu yenidən aktiv hala gətirə və danışıqların aparılmasına cəhd edə bilərlər. Azərbaycan bu kimi danışıqlardan çəkinməli, Rusiyadan Bəyannamədən irəli gələn öhdəliklərə əməl edilməsini tələb etməli və Ermənistana da bu məsələdə ciddi şəkildə mesaj verməlidir. Əks təqdirdə isə, silahlı erməni terrorçularına qarşı yeni əməliyyatlara başlayacağını elan etməlidir.Qeyd edim ki, Rusiya tərəfi Dağlıq Qarabağda Azərbaycana təzyiq edə bilməyəcək. Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqda maraqlı olacaqsa, burada konkret olaraq öhdəliklərə əməl etmək məcburiyyətində olacaq.Birinci, Öhdəlikərə əməl etmək isə, Qarabağı statusundan danışmamaq. İkinci, silahlı erməni birləşmələrini bu ərazilərdən çıxarmaq. Üçüncü, azərbaycanlı köçkünlərin bu ərazilərə qayıdışında sülhməramlı missiyanı yerinə yetirmək. Hazırda isə, Rusiya bunların heç birinə əməl etmir. Nəticədə yaxın perspektivdə yeni bir siyasi mərhələ başlayacaq. Azərbaycan hazırkı vəziyyətin dəyişməsi üçün Türkiyə ilə hərəkətə keçməlidir".

sia.az

Digər xəbərlər