Siyasət

  • 3 431

Artıq biz sülhməramlılarla yaxından işləməliyik - MÖVQE ÖZƏL

image

"Təbii ki, Ara Ayvazyanın Dağlıq Qarabağ ərazisinə gəldiyinə görə Ermənistanla yeni müharibəyə başlamayacağıq. Lakin eyni zamanda biz konkret və prinsipial mövqeyimizi bildirməliyik. Bu məsələni obyektiv təhlil edərək biz bir nəticəyə gəlirik ki, erməni tərəfinə bəzi məsələlərdə yaşıl işıq yandıran rus sülhməramlı qüvvələridir". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Ekspertin sözlərinə görə, bizim Xarici İşlər Nazirliyimiz məsələ ilə əlaqədar olaraq etiraz bəyanatı verib: "Lakin biz yaxşı başa düşürük ki, sülhməramlılar onlara dəstək olmasaydılar əlbəttə, Ayvazyan Dağlıq Qarabağa gələ bilməzdi. Artıq biz sülhməramlılarla yaxından işləməliyik. Atılacaq müəyyən addımlarla bağlı onlarla iş görməliyik. Onlara məsələnin mahiyyətini izah etməli, lazım gələrsə sərt mövqeyimizi də bildirməliyik".F.Sadıqov vurğulayıb ki, görünür bir çox məsələlərə hələ tam aydınlıq gətirilməyib: "Nəzərə almalıyıq ki, sülhməramlılar hərbiçidir, siyasətçi deyillər. Amma onların komandirləri Azərbaycan rəsmiləri, İcra Hakimiyyətləri və digər rəsmi qurumlarla sıx əlaqədə olmalıdır. Bizim oradakı rəsmi nümayəndələrimiz də öz sözlərini deməli, sülhməramlılarla yaxın təmasda olmalıdırlar. Ayvazyan bu dəfə gəlib, lakin belə halların bir daha yaşanmasının qarşısı alınmalıdır. Ona görə də biz bu məsələni sülhməramlılarla müzakirə predmetinə çevirməliyik. Dediyim ki, bu cür məsələlərdə öz qəti və prinsipial mövqeyimizi bildirməliyik".

sia.az

Digər xəbərlər