Siyasət

  • 3 167

Heç kim dövlətin diqqət və qayğısından kənarda qalmayacaq - AÇIQLAMA ÖZƏL

image

"Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi əllillərinə, iştirakçılarına böyük diqqət və qayğı ilə yanaşıb. Bu günə qədər birinci Qarabağ müharibəsi şəhidlərinin alilələrinin, veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, müavinətlərinin artırılması və digər məsələlər dövlət üçün proritet olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.Deputat bildirib ki, Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatdırqdan sonra Prezident İlham Əliyev sərəncamı ilə 2-ci Qarabağ müharibəsi şəhid ailələrinin, yaralıların, iştirakçıların problemlərinin əhatəli şəkildə həlli üçün Yaşat Fondu yaradıldı: “Yaşat Fondu bütün bu insanların problemləri, qayğıları ilə maraqlanır və problemlərinin həlli istiqamətində işlər görürlər".C.Osmanov vurğulayıb ki, eyni zamanda cənab Prezidentin sərəncamları ilə bu şanlı qələbə münasibətilə müxtəlif orden və medallar təsis olunub və çoxlu sayda əsgər və zabitlərimiz orden və medallarla təltif edilib: "Bu məsələdə heç kim unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmaycaq. İndiyədək 90 minə yaxın vətəndaş müxtəlif medallarla təltif olunub. Kimlərsə hansısa səbəbdən ləngiyə bilər, hamını əhatə etmək qısa vaxt ərzində asan deyil. Səbr və təmkinli olmaq lazımdı, hamı layiq olduğu diqqəti görəcək. Heç şübhəsiz ki, Vətən müharibəsində iştirak etmiş, qəhrəmanlıq, şücaət göstərmiş və torpaqlarımızın azad edilməsində igidlik göstərmiş bütün əsgər və zabitlərimizdən heç kim dövlətin diqqət və qayğısından kənarda qalmayacaq”.

sia.az

Digər xəbərlər