Siyasət

  • 3 486

"Qanunsuz səfərlərin davamı olarsa..." - ŞƏRH ÖZƏL

image

"Noyabrın 10-da imzalanmış üçtərəfli sazişin nəticəsində regionda yeni reallıqlar formalaşmağa başlayıb və bu reallığın əsas bazası ondan ibarətdir ki, bütün ərazilər artıq Azərbaycanın suverenliyi altına qayıdır. O cümlədən hazırda rus sülhməramlılarının fəaliyyət göstərdiyi ərazilər də, Azərbaycanın tərkib hissəsidir". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Politoloqun sözlərinə görə, bu ərazilərə xarici ölkələrin rəsmiləri gəlmək istəyirsə, ilk öncə Azərbaycan tərəfinə xəbər verməlidirlər: "Onların gəlişindəki məqsədləri, hansı işlər aparmaq niyyətində olduqları tamamilə Azərbaycan tərəfinə izah olunmalıdır. Bütün bunlardan sonra Azərbaycan əgər icazə verərsə, bu səfərlər baş tuta bilər. Təəssüflər olsun ki, erməni tərəfi öz mənfur planlarından əl çəkmirlər. Uzun illərdir Azərbaycan ərazilərinə Ermənistan rəsmilərinin qanunsuz gəliş-gedişi müşahidə olunurdu. İndi isə onlar hələ də elə başa düşürlər ki, vəziyyət dəyişməyib və onlar istədikləri kimi gəlib gedə bilərlər. Lakin məsələ burasındadır ki, Azərbaycan erməni işğalına son verdikdən sonra Qarabağ regionunda ümumilikdə vəziyyət kökündən dəyişib".İ.Vəlizadə vurğulayıb ki, bu proseslərdə Rusiya sülhməramlıları da müəyyən rol oynamalıdırlar: "Əgər istəyirlərsə, hər hansı hərbi və siyasi təxribatlar baş verməsin, o cümlədən regionda sülh bərqərar olsun sülhməramlılar bu cür təxribat xarakterli məsələlərə müdaxilə etməlidir. Onlar etmək istəmir və ya edə bilmirlərsə, onda Azərbaycan bu proseslərə müdaxilə edəcək. Azərbaycan Ermənistanla bütün sərhədboyu nəzarəti artıq öz əlinə alır. Belə olan halda erməni rəsmiləri bu cür səfərlərlə Azərbaycan sərhədlərini keçərək beynəlxalq qanun pozuntularına yol verirlər. Azərbaycan tam şəkildə bu qanunsuz səfərlərin qarşısını almaq üçün lazımı adekvat addımları atmaqda haqqlıdır".

sia.az

Digər xəbərlər