Siyasət

  • 3 662

YAP Şamaxı rayon təşkilatından "Səs" qəzetinə yubiley təbriki

image

YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov və aparat rəhbəri Altay Məmmədovun imzası ilə SİA-nın elektron poçtuna təbrik məktubu daxil olub. Həmin məktubu dəyərli oxucularımıza təqdim edirik.Azərbaycan müstəqil mətbuatının ilk nümunələrindən biri olan "Səs" qəzetinin yaranmasından 30 il keçir. Qəzetin ilk sayı 1991-ci il yanvar ayının 11-də işıq üzü görübdür. Səs” qəzeti ilk sayından başlayaraq millli və dövlətçilik maraqlarımıza xidmət edən, xalqımızın hər bir nümayəndəsinin haqq sözünün, haqlı səsinin tribunası olub. Bu illər ərzində “Səs” qəzeti öz dəst-xətti ilə respublikamızın mətbuat orqanları sırasında özünə layiqli yer tutub. Ulu Öndərimiz Heydər Əliyevin təbirincə desək “Səs” qəzeti “tarixə düşmüş bir qəzetdir”.Bu gün “Səs” qəzeti ölkəmizin informasiya məkanında özünün xəbər agentliyi, televiziyası olan ciddi bir media qurumuna çevrilib. Bu işlərdə xüsusi xidmətləri olan həmfikirimiz Bəhruz Quliyevi və onun komandasını bir daha yubiley münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

sia.az

Digər xəbərlər