Siyasət

  • 3 952

““SƏS”in xidmətləri heç vaxt unudulmayacaq”

image

Əziz “SƏS”-çilər sizi 30 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azəbaycan mediasında sizin xüsusi dəst-xəttiniz var. Dövlətimizin tarixində “SƏS”in əvəzsiz və danılmaz xidmətləri heç vaxt unudulmayacaq. Böyük məmnunluq hissi ilə təmsil olunduğumuz Yeni Azərbaycan Partiyasının yaranma təşəbbüsünü ilk olaraq cəmiyyətə 1992 ci ildə siz çatdırmısınız.Məhşur “91-lər”in müraciəti “SƏS” qəzetində dərc olunduqdan sonra minlərlə insanlar böyük dəstək nümayış etdirdilər. Sözün əsl mənasında “SƏS” bütün dünyaya səs saldı. Ulu Öndər Heydər Əliyevə qarşı olunan haqsızlığa və ədalətsizliyə sinənizi və qələminizi sipər etdiniz. Hər zaman dövlətin yanında, dövlətçiliyin tərəfində dayandınız. Çox çətin və məşəqqətli yol keçərək, qələminizi süngüyə çevirib, nadürüstlərlə, vətəninə, xalqına müxalif olanlarla kişi kimi vuruşdunuz. Bu gün də Böyük Sərkərdə, adını Azərbaycan xalqının tarixinə qızıl həriflərlə yazan, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin müdrik siyasətini cəmiyyətə olduğu kimi çatdıran, reallığı, həqiqəti tərənnüm edən mətbuat orqanı olaraq böyük nüfuz və hörmət qazanmısınız.Sizi bir daha ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Vusar İsmayilov,
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini

sia.az

Digər xəbərlər