Siyasət

  • 3 526

Prinsipiallığı və ideyalara sadiqliyi ilə seçilən qəzet - "SƏS" - 30 il

image

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Səs” qəzetinin 30 illik yubileyi münasibətilə təbrik edib. Həmin məktubu təqdim edirik:Azərbaycanın müstəqillik dövrü mətbuatında xüsusi çəkisi və mövqeyi olan “Səs” qəzetinin 30 yaşı tamam olur. Bu münasibətlə nəşrin kollektivinin hər bir üzvünü ürəkdən təbrik edirəm.“Səs” mübarizə şəraitində yaranmış və mübarizəyə köklənərək fəaliyyət göstərən kütləvi informasiya vasitələrimizdəndir. Onun keçdiyi yol müstəqil Azərbaycan Respublikasının hər cür çətinliklərə sinə gərərək bu günkü yüksək inkişaf səviyyəsinə çatdığı yoldur. Yubilyar nəşr bu tarixi yolu böyük ruh yüksəkliyi ilə işıqlandırıb, prinsipiallığını, ideyalara sadiqliyini qoruyaraq özünə geniş oxucu auditoriyası qazandırıb.Bu günün “Səs”i Azərbaycan dövləti və dövlətçiliyini yad təsirlərdən qorumaq, ölkəmizi daha da inkişaf etdirmək naminə jurnalistikanın gücündən bəhrələnən əməksevər peşəkar insanların bir yerə toplaşdıqları mərkəzdir. Onlar yubilyar qəzetin ənənələrini qoruyur və yaşadırlar. Ötən 30 ilin qürur və fəxarət hissindən hər birinin mükafat payı var.Bir daha “Səs” qəzetini fəaliyyətə başlamasının 30 illiyi - əlamətdar yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm. 30 illik tarix qarşıdakı daha böyük rəqəmli yubileylər üçün kifayət qədər ciddi bazadır.Əminəm ki, nəşrin jurnalist kollektivi keçilmiş yolun təntənəsindən ruhlanaraq Vətən tarixinin şanlı səhifələrini yaratmaq uğrunda gələcəkdə daha əzmlə çalışacaqlar. Onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, yeni-yenimüvəffəqiyyətlər arzulayıram.

Yubileyiniz mübarək, əziz “Səs”çilər!
Səsiniz Azərbaycan olsun!

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

Digər xəbərlər