Siyasət

  • 4 365

Azərbaycansız Qarabağ müzakirəsi, İlham Əliyevin nəzərindən qaçmayan nüanslar - ŞƏRH ÖZƏL

image

"Yanvarın 10-da Rusiya prezidenti V. Putinin Qarabağla bağlı əsasən özünün güc və xüsusi xidmət nazirləri ilə müşavirə keçirməsi bir neçə cəhətdən ilginc olmaqla diqqət çəkir. Ən maraqlı məqam və sual müşavirədə Azərbaycanın siyasi hakimiyyət təmsilçisinin (?) də mümkün iştirakı və Azərbaycanın Qarabağ üzərində süveren hüquqlarının nə qədər prioritet kimi nəzərə alınıb-alınmaması ilə bağlıdır. Müşavirədə həm də bütünlüklə Cənubi Qafqazda təhlükəsizlik məsələsi müzakirə edildiyi üçün ən azı gündəliyə ayrıca salınmış Qarabağda təhlükəsizlik məsələlərinin müzakirəsində Azərbaycanın rəsmi təmsilçiliyinə imkan yaradılması heç də ziyanlı olmazdı və Azərbaycanın süverenliyi kontekstində sualların meydana çıxması imkanlarını aradan qaldıra bilərdi". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, Qarabağda təhlükəsizlik məsələsinin Azərbaycansız müzakirəsi nə qədər qəribə səslənsə də "Qarabağ Azərbaycanın yox, Rusiyanın süverenliyi altındakı subyekt" görüntüsünü daha çox kəsb edir: "Başqa sözlə desək, Rusiya hakimiyyəti və şəxsən Putin "noyabrın 10-dək Qarabağ Azərbaycanın süverenliyi altında olmadığı kimi heç indi də deyil" tezisinin gündəmə gəlməsinə şans verməməli idi. Qəbul etmək lazımdır ki, Qarabağla bağlı Azərbaycansız aparılan istənilən xarakterli müzakirə bu ərazinin Azərbaycanın süverenliyindən formal uzaqlaşmasını şərtləndirir. Ümumiyyətlə, 10 noyabrdan indiyədək Qarabağda bir neçə istiqamətdə fəaliyyətlərin sülhməramlı çərçivədən kənara çıxması təzahürlərini görürük. Məsələn, humanitar tədbirlər, qaçqınların BMT komissiyasının eqidası altında yox, sülhməramlıların himayəsi altında qaytarılması buna misal ola bilər. 10 noyabr sənədinin aşkar pozuntu faktlarına rast gəlinsə də, çox etibarlı və ümidverici vəziyyətdir ki, bütün bunlar Azərbaycanın prinsipial Prezidenti İlham Əliyev tərəfindən anında fiksə olunur və hər zamankı situasiyalara xas cəsurluqla bəyan və etiraz edilir".A.Quliyev vurğulayıb ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezidentin Qarabağda humanitar aktların 10 noyabr razılaşmasında göstərilmədiyi barədə bəyanatını xatırlamaq yerinə düşür: "Həm də bu , İlham Əliyevin proseslərin 10 noyabr razılaşmasına uyğunluğu üzərində nəzarətinin dəqiq işlədiyini göstərən ilk və yeganə fakt deyil. Məhz bu məqam böyük ümidlər yaradır ki, Qarabağdakı proseslərin Azərbaycanın süveren nəzarətindən çıxışı davamlı və ya qorxulu səviyyəyə çata bilməz. Həm də bu məqam onu göstərir ki, Qarabağda dövlətimizin süverenlik məsələsi Prezidentin gündəlik nəzarətində olan və olacaq çox həssas fəaliyyət istiqamətidir. Qarabağ üzərində süverenliyimizin zədə almaması üçün perspektivdə ən təminatlı söykənəcəyimiz də məhz Prezidentin məlum mövqeyidir. Nə qədər ki, bu mövqe var, Qarabağ üzərində süverenliyimizə kölgə sala bilən təzahürlər sistemli şəkil almayacaq. Sadəcə hər kəsin bu gün Prezidentin bu mövqeyinin qorxduğumuz perspektivlər qarşısında nə qədər güclü faktor olduğuna inanması və etimad etməsi vacibdir. Qarabağla bağlı Azərbaycansız müzakirələrin istənilən halda qarşısının alınması labüddür".

sia.az

Digər xəbərlər