Siyasət

  • 4 118

Yeni Azərbaycan Partiyası xarici əlaqələrini genişləndirir

image

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına dair müşavirədə qeyd olunan məsələlərdən biri də siyasi partiyaların qazandığımız Qələbənin, eyni zamanda, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinin nəticələri və hazırkı reallıqlar haqqında məlumatların beynəlxalq müstəvidə dünya ictimaiyyətinə, xüsusilə, xarici siyasi təşkilatlara çatdırılmasında rolunun vacibliyi idi.Cənab Prezidentin çıxışından: "...Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək üçün əsas istiqamət olmalıdır... "Bu baxımdan, son 6 ay ərzində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi tərəfindən Azərbaycanın haqq səsinin beynəlxalq səviyyədə tanınması istiqamətində bir sıra videokonfranslar keçirilib. Bu tədbirlərdən ikisi iqtidar partiyaları olan Türkiyənin AK Partiyası, Rusiyanın isə "Yedinaya Rossiya" siyasi təşkilatları və qərb ölkələri, o cümlədən MDB-yə üzv olan ölkələrin gəncləri ilə keçirilən görüşlər olmuşdur. Prezidentimiz, Cənab Ali Baş Komandan İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq 2021- ci ildə bu səpkili tədbirlərin daha intensiv şəkildə keçirilməsi nəzərdə tutulub.

sia.az

Digər xəbərlər