Siyasət

  • 4 678

Bu proses planlanan kimi davam etsə, onda müsbət nəticələri olacaq - ŞƏRH ÖZƏL

image

"Axırıcı Moskva bəyanatını 10 noyabrda imzalanan bəyanatın davamı kimi qəbul etmək olar. Dövlət başçısı İlham Əliyev də qeyd edib ki, biz Dağlıq Qarabağ məsələsinə son qoyduq və bu məsələ artıq gerdə qalıb. Yəni, Dağlıq Qarabağ münaqişəsi, müxtariyyərti, respublikası kimi anlayışlara 44 gün ərzində son qoyduq. İndi təbii ki, biz gələcək haqqında fikirləşməliyik. Biz rus sülhməramlılarının erməni əhalini Xankəndinə gətirdiyini müşahidə edirik. Düşünürəm ki, tezliklə azərbaycanlılar da ora gətirilməlidir. Azərbaycanlılar da öz dədə-baba torpaqlarına bu yaxınlarda mütləq qayıtmalıdırlar". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Ekspertin sözlərinə görə, imzalanan axırıncı bəyanat kommunikasiyaların açılması ilə bağlıdır: "Bu Azərbaycan üçün də çox əhəmiyyətlidir. Azərbaycanlılar artıq quru yolu ilə Naxçıvana da, Türkiyəyə də rahatlıqla səyahət edə biləcək. Eyni zamanda Türkiyə və Ermənistan üçün də həmin yollar açılır. Prezident İlham Əliyev 6-lıq platforması haqqında demişdi. Bildirdi ki, 6 regional dövlət yeni bir platformada iştirak edə bilər və bunu Türkiyə Prezidenti də Bakıda səfərdə olarkən təsdiqlədi. Bəyanatdakı kommunikasiyalar ilə əlaqədar razılaşma bu platformanın yaradılması üçün addımdır".F.Sadıqov vurğulayıb ki, bu proses planlanan kimi davam etsə, onda müsbət nəticələri olacaq: "Amma bir şərtlə ki, Ermənistanın müxtəlif siyasi qüvvələri bu məsələyə əngəllər törətməsin. Bu məsələdə ardıcıl şəkildə imzalanan bəyanatdakı bütün maddələrə əməl etsinlər. Biz qələbə qazanmışıq və gələcək haqqında fikirləşmək bizim haqqımızdır. Biz gələcəyi düşünürük. Ermənistan tərəfi isə bir çox hallarda keçmişi düşünür. Bu keçmişə son qoyulmalıdır. Biz təbii ki, bu məsələdə qabaqcıl mövqe tutmalıyıq və tuturuq. Bu heç də o demək deyil ki, öz prinsipial və qəti mövqeyimizdən imtina edirik. Bizim mövqeyimiz dəyişilməzdir. Ərazi bütövlüyümüz toxunulmazdır. Qarabağ problemi artıq geridə qaldı. Gələcəyin səhifələri Azərbaycanın maraqlarına və eyni zamanda bir sıra regional dövlətlərin maraqlarına cavab verməlidir".

sia.az

Digər xəbərlər