Siyasət

  • 3 632

Qazağın işğalda olan kəndləri Azərbaycana təhvil verilir? - ŞƏRH ÖZƏL

image

"Reallıq odur ki, biz Azərbaycanın sərhədlərini bərpa edirik. Sərhədlərin demarkasiyası o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sərhəd bölgüsü Sovet dövründə olduğu kimi aparılacaq. Əgər biz bu kriteriyanı əsas götürürüksə, deməli bizim ərazimiz də genişlənəcək. Birmənalı olaraq bizə aid olan bütün torpaqları özümüzə qaytaracağıq". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Ekspertin sözlərinə görə, bu məsələdə erməni cəmiyyəti tərəfindən olan narazılıq bizi heç də maraqlandırmamalıdır: "Çünki əgər belə bir razılaşma varsa, deməli onda bütün sərhədlər bu həqiqətə uyğun olmalıdır. Həqiqət də elə bir məhfumdur ki, ona əməl etmək lazımdır. Biz onlar kimi heç kimin torpaqlarına göz dikmirik. Biz öz torpaqlarımızı, öz kəndlərimizi özümüzə qaytarırıq. Ermənilər görünür illər ərzində Azərbaycan torpaqlarını mənimsəməyə, kəndlərimizdə yaşamağa öyrəniblər. Bizim qələbəmizdən sonra onlar hesab edir ki, guya biz onlardan hərhansı bir torpaq sahəsi mənimsəyirik, lakin biz heç də onlardan nəsə götürmürük".F.Sadıqov vurğulayıb ki, biz sadəcə öz torpaqlarımızı vətənimizə qaytarırıq: "Buna görə də təbii ki, sərhədlərin demarkasiyası məsələsində çox çətin və mürəkkəb məsələlər gündəmdə olacaq və bu məsələlər təbii ki, müzakirə predmetinə çevriləcək. Düşünürəm ki, qəti və prinsipial mövqeyimiz dəyişməz olaraq qalacaq. Biz sərhədlərin demarkasiyasi prinsiplərinə əsaslanaraq bütün kəndlərimizi və eləcə də Qazağın işğalda olan kəndlərini özümüzə qaytaracağıq. Bizə ermənilərin ərazisi lazım deyil".

sia.az

Digər xəbərlər