Siyasət

  • 3 484

"Jurnalistin statusu və media qurumunun standartları müəyyənləşməlidir" ÖZƏL-MÜNASİBƏT

image

"Düşünürəm ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ilk növbədə peşəkarlıq məsələlərinə diqqət yetirməlidir. Həmçinin qanunvericiliyinin dəyişdirilməsi məsələsi ön planda olmalıdır və qanunvericilik yenilənməlidir. Artıq bununla bağlı müzakirələr başlayıb və iki ay ərzində yeni qanunvericilik təqdim olunacaq". Bunu SİA-ya açıqlamasında “APA Holding”-in rəhbəri Vüsalə Mahirqızı deyib."İkincisi, jurnalistin statusu və media qurumunun standartları müəyyənləşməlidir. Biz bilməliyik ki, kimlər jurnalist, bloqqer adlandırılır. Bununla belə media qurumu olmaq üçün hansı standartlar lazımdır. Xüsusilə bu bizdə print media, televiziya və radio üçün mövcuddur. Amma onlayn media üçün belə bir standart yoxdur. Hesab edirəm ki, bu standartlar müəyyənləşməlidir. Sonrakı dövrdə isə qurum o standartlara necə əməl olunmasına nəzarət etməlidir.Üçüncüsü, dövlət qurumları ilə media arasında kommunikasiyaların aktivləşdirilməsidir. Dövlət qurumlarının mətbuat xidmətlərinin, media ilə işləyən şəxslərin özlərinin də peşəkarlaşdırılması istiqamətində ciddi işlər görməyə ehtiyac var. Həmçinin onların media ilə əlaqələrini gücləndirmək istiqamətində ciddi işlər görmək lazımdır. Bunun üçün müəyyən seminarlar, treninqlər və s. təşkil olunmalıdır. Daha sonra isə sosial şəbəkələrlə bağlı məsələlərdir. Düşünürəm ki, ümumiyyətlə sosial şəbəkələrlə bağlı ayrıca analiz və monitorinq mərkəzi yaratmaq lazımdır. Bu mərkəz özü sosial şəbəkələri təhil etməlidir, sosial şəbəkələrin problemlərini müzakirə etməlidir. Bir çox sosial şəbəkələr də ictimai rəyi necə öyrəndiyimizi analiz etməlidir və buna uyğun olaraq da adekvat addımlar atmalıdır. Bu artıq başqa bir mərkəzin işi olmalıdır. Təbii ki, həmin mərkəz də Medianın İnkişafı Agentliyi ilə əlaqəli işləməlidir”, -deyə, V.Mahirqızı fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər