Siyasət

  • 4 438

Qələbəmizin rəmzi dəmir yumruq idisə, artıq bizdə qılınc da var! ŞƏRH

image

Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Ötən 17 il ərzində İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayıb. Təbii fəlakətlər və müharibə zamanı çətin vəziyyətə düşmüş vətəndaşlara yardım edən, problemlərinin həllinə köməklik göstərən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir.Tariximizin ən böyük xilaskarlıq missiyasını isə Ulu Öndərin davamçısı, yeni dövrün yeni rəhbəri cənab İlham Əliyev yerinə yetirdi! Ulu Öndərimizin vəsiyyətlərində dediyi kimi, Onun yarımçıq qalmış işlərini başa çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirməklə, xalqın ən müqəddəs arzusunu uğurla gerçəkləşdirməklə yerinə yetirir!Bəli, bugün Azərbaycan xalqı, bütün dünya da şahiddir ki, Azərbaycan xalqının etimadı əsasında düz 17 ildir ki, ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bütün ümüdlərini reallaşdıraraq hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərməkdədir. Bu Azərbaycan Prezidenti İlham Əliyev cənablarının apardığı dəmir yumruğunun nəticəsidir.

"BİZİM QƏLƏBƏNİN RƏMZİ DƏMİR YUMRUQ İDİ, ARTIQ BİZDƏ QILINC VAR". Bu fikri dövlət başçımız İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Göründüyü kimi, 30 illik Qarabağımızın həsrətinə 44 gün ərzində davam edən Vətən Müharibəsinə, məhz Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının möhkəm, diplomatik siyasəti – dəmir siyasəti ilə nail olduqsa, bu gün artıq bizdə qarşısında tab gətirə bilməyən qılıncımız da var!. Bütün bu uğurlara, məhz dövlət başçımızın Ulu Öndərimiz Heydər Əliyev siyasəti, ata vəsiyyəti ilə getməsidir.
Ata vəsiyyətini reallaşdıran xalqın PRZİDENTİ
Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm", - deyərək son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağa, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin əhəmiyyətindən danışarkən dediyi fikirlər tariximizə əbədi olaraq yazıldı: "Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!".
Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası!
Bu gün bütün Azərbaycan xalqı, bütün türk dünyası fəxr edir, sevinir. Çünki tarixi qələbəmizi reallaşdıran, dövlətimizi daha firavan gələcəyə aparan Prezidentimiz, Ali Baş Komandanımızın dəmir yumruq siyasətinin nəticəsidir ki, artıq bizdə bu gün qılınc da var! Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

sia.az

Digər xəbərlər