Siyasət

  • 4 786

Azərbaycana YUNESKO-ya üzvlük haqqı ödəmək lazımdırmı? - ŞƏRH ÖZƏL

image

"İslam dünyasının ən böyük mədəniyyət təşkilatı olan İSESKO-nun Azərbaycana göstərdiyi davamlı həssaslıqlardan sonra BMT-nin oxşar təmayüllü xüsusi təşkilatı sayılan YUNESKO-nun Azərbaycana davamlı qeyri-dəqiq siyasətinin ayrı-ayrı məqamlarına bir daha baxmaq lazım gəlir. Bu günlərdə işğaldan azad edilmiş ərazilərimizə səfər edən və Prezident İlham Əliyevlə görüşən İSESKO-nun davranışları hara, əslində ermənipərəst mövqe tutan YUNESKO-nun siyasəti hara...". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, bu gün YUNESKO ilə Azərbaycanın münasibətlərində baş verənlər tam siyasi və qurumun prinsiplərinə uyğunsuz xarakterdədir: "Bunu hər bir Azərbaycan vətəndaşı bilməli və təşkilatla Azərbaycanın münasibətlərinə prinsipial yanaşmağı bacarmalıdır. Aradakı gərginliyin səbəbi siyasidir və YUNESKO-nun öz prinsiplərinə zidd siyasəti ilə bağlıdır. Məsələ belədir. 1988-ci ildən bu yana düz 32 il ərzində təcavüzkar Ermənistan Azərbaycan xalqının milli tarixi, mədəni və islam-xristian abidələrini qədim dünyanın barbar, vandal, ostqot və vestqot tayfalarına xas tərzdə məhv və təhqir etdi, saxtalaşdırdı, özününküləşdirdi. Azərbaycan və şəxsən Prezident İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatlara, o cümlədən YUNESKO-ya ermənilərin din-mədəniyyət barbarlıqları barədə faktlar təqdim etdi, çağırışlar etdi. Halbuki, xususi çağırışları gözləmədən YUNESKO müstəqil hərəkətə keçməli, BMT-nin bayrağı altında gəlib Ermənistanın işğal etdiyi ərazilərimizdə törətdiklərini hesabata almalı, gərəkli hüquqi-siyasi addımları atmalı idi. Yerindən də tərpənmədi, cinayətkara sükut göstərdi, Azərbaycanın neçə-neçə abidələrininxilası üçün son addımı atmadı. YUNESKO BMT-nin elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın təşviqi ilə dünyada sülh və təhlükəsizliyə töhfə verməli olan ixtisaslaşmış təşkilatıdır. O, xalq, millət, din, cins fərqi qoymadan dediyimiz üç sahədə qərəzsiz, tərəfsiz öz işini görməlidir. Halbuki 32 il susdu, ancaq 44 günlük müharibə dövründə Ermənistan guya "Azərbaycan ərazilərində xristian irsi üçün genosid həşiri" qaldıranda hərəkətə gələrək bəyanat verdi və bu ərazilərə missiya göndərmək istədiyini bildirdi. Heç fərqinə varmadı ki, Bakıda erməni kilsəsini xüsusi dövlət himayəsinə alan ölkədə xristian irsi üçün heç bir təhlükə ola bilməz. Daha doğrusu onu barmağı ilə idarə edənlər fərqinə varmağa imkan vermədilər. Soruşan da olmadı ki, məgər YUNESKO təkcə xristian irsinin himayəçisidir?".A.Quliyev vurğulayıb ki, bu davranışlardan sonra YUNESKO-nun işğaldan azad edilmiş rayonlarımızda islam irsinə də xristian irs təəssübkeşliyi ilə yanaşacağına, ümumən fərq qoymadan yanaşacağına necə inanmaq olar?! "Elə bu anda Prezident İlham Əliyevin "YUNESKO ilə münasibətlərimiz daha bizim prinsiplərimizə uyğun qurulmalıdır" kimi tam haqlı bəyanatını xatırlamaq lazım gəlir. Bundan sonra nə etməliyik ki, Azərbaycana ermənipərəst mövqedən yanaşanlar lazımı nəticəni çıxarsınlar? Azərbaycanın belə təşkilata hər il niyə üzvlük haqqı ödəməsi üzərində düşünmək üçün əsaslar artıq yaranıb. YUNESKO bizim dövlət və ictimai mənafelərimizə qarşı bunlardan artıq nə etməlidir? Fakt: 2011-ci ildə YUNESKO Fələstin muxtariyyatını üzv qəbul etdiyinə görə ABŞ və İsrail təşkilata 2012-ci il üçün üzvlük haqqı ödəməkdən imtina etdi. Halbuki YUNESKO-nun Fələstin muxtariyyatı ilə bağlı qərarında qaydasızlıq yox idi. 2017-ci ildə isə ABŞ, İsrail, Kanada, Avstraliya təşkilatın üzvlüyündən çıxaraq sadəcə müşahidəçi statusunda qaldılar. Tam əsaslara malik analoji əks təsir addımlarını Azərbaycan niyə atmalı deyil? 1954-cü ildən mərkəzi qərargahı Parisdə yerləşən YUNESKO-nun erməni təsirindən asanlıqla çıxacağını düşünmək çətindir. YUNESKO İkinci dünya müharibəsindən sonra Avropada məktəblərin və təhsildə əlaqələrin bərpası üçün icra etdiyi xüsusi proqramların hansi bir hissəsini ermənilərin viran qoyduğu məktəblərimizə, qətl etdikləri azərbaycanlı müəllim və şagirdlərə göstərdi? YUNESKO-nun 2000-ci ildə bəyan etdiyi bütün dünyada "hər kəs üçün təhsil" platforması həqiqətən seqreqasiyasız bir platformadırsa, ermənilərin Azərbaycan təhsilinə və mədəniyyətinə vurduğu ziyana bu qədər görməzdən gəlməzliyinin adı nədir?Azərbaycanın YUNESKO ilə münasibətlərdə yeni kurs yürütməsi üzərində düşünməyə dəyər. Hamıya görk olsun deyə".

sia.az

Digər xəbərlər