PDF Oxu

Sosial

  • 1 220

Tarif Şurası bu dərmanlarla bağlı QƏRAR VERDİ

image

Azərbaycanda bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib. SİA xəbər verir ki, müvafiq qərar Tarif (qiymət) Şurasının bugünkü iclasında qəbul edilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 183 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 2 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 30 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. Qərar martın 16-dan qüvvəyə minir.

Mətləb

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...