Tarix elmləri doktoru Xəlil Köçərli 100 yaşında vəfat edib. Bu barədə "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli paylaşım edib. "Əmilərimin ən böyüyü, sevimli əmim, tarix elmləri doktoru, professor Xəlil Köçərli dünyasını dəyişdi. Bu il onun 100 yaşı tamam olacaqdı. Uzun və mənalı bir ömür yaşadı, Azərbaycan tarix elminə öz töhfələrini verdi", - N.Köçərli bildirib.
O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışaraq təxminən 50 il professor kimi fəaliyyət göstərib. Mərhum alim Qarabağ tarixinə dair bir sıra elmi araşdırma və məqalələrin müəllifi olub.
Mətləb
Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...
Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...
Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?
Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...
Bu, elektrik krossoveridir...