Siyasət

  • 4 211

"“Amnesty İnternational”-ın hesabatında yer alan cinayətlər obyektivlikdən kənardır" ÖZƏL-MÜNASİBƏT

image

“Amnesty İnternational”-ın hesabatında 44 günlük müharibə dövründə mülki əhaliyə qarşı yer alan cinayətlər obyektivlikdən kənardır. Hesabatda hər iki tərəfdən mülki əhalinin həlak olmasına görə məsuliyyət müəyyən edilib. Lakin tərəflər arasında yanaşmada fərq qoyulmayıb. Ermənistandan fərqli olaraq Azərbaycan hərbi əməliyyatlar zamanı mülki əhalini hədəf almayıb, öz suveren ərazisi çərçivəsində əraziləri işğalçılardan azad edib. Azərbaycan yalnız münaqişə bölgəsini əhatə edən legitim hərbi hədəflərə dəqiq zərbələr endirib”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib .Onun sözlərinə görə, Azərbaycanın məqsədi öz ərazisində qeyri-qanuni hərbi birləşmələri yox etmək olub: "Ola bilər ki, bu hədəfləri vuran zaman təsadüfdən hansısa mülki obyektlərə zərər dəyib. Lakin Ermənistan məqsədli şəkildə heç bir hərbi təhlükə yaratmayan, münaqişə bölgəsindən yüz kilometrlərlə uzaqda və fərqli istiqamətlərdə yerləşən Azərbaycan şəhərlərinə qadağan olunmuş raketlərdən istifadə edib. Ermənistan tərəfindən atılan raketlər xəbərdarlıq olmadan, müharibə qanunlarına zidd şəkildə sırf mülki əhaliyə yönəlmişdir, Ermənistanın etdiyi çox ciddi müharibə cinayətidir. Hesabatı hazırlayarkən mütəxəssislər gərək bu məqamları nəzərə alardılar. Sözsüz ki, Ermənistan müharibə qanunlarını kobud şəkildə pozub, Azərbaycanda mülki əhaliyə və obyektlərə daha çox zərər yetirib, bunu da məqsədli şəkildə Azərbaycanı öz hədəflərindən yayındırmaq üçün həyata keçirib. Nədənsə hesabatı oxuyarkən ümumi yanaşma nümayiş etdirilib, daha çox zərər cəkənlə aqressor arasında fərq hiss edilməyib. Təəssüf ki, beynəlxalq media da bunu bu formada təqdim edib".

sia.az

Digər xəbərlər