Siyasət

  • 3 650

"Prezident nəyi necə və nə vaxt edəcəyini çox yaxşı bilir" ÖZƏL-MÜNASİBƏT

image

"11 yanvar bəyanatı kifayət qədər ciddi bəyanatdır. Bir çoxları sənədin iqtisadi tərəflərinə nəzər salır. Amma eyni zamanda bilmək lazımdır ki, əgər söhbət Ermənistanın Rusiya, İran və Azərbaycan vasitəsilə nəqliyyat əlaqələrinin bərpasından, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə və Meğri dəhlizi vasitəsilə Türkiyənin ölkəmizlə quru əlaqələrinin bərpasından gedirsə, bu, o deməkdir ki, Cənubi Qafqazın gələcəyi ilə bağlı Moskvada bağlı qapılar arxasında siyasi məsələlər də ciddi müzakirə edilib". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, bu müzakirələrdə Nikol Paşinyan bir növ obyekt, Prezident İlham Əliyev və Vladimir Putin subyekt rolunu oynayırdılar: “Düşünürəm ki, Moskvada 4 saat ərzində hələ ictimaiyyətə açıqlanmayan və Qafqazın taleyi ilə bağlı əhəmiyyətli məsələlər müzakirə edilib. Məncə Qarabağın gələcəyi ilə bağlı, Dağlıq Qarabağın heç vaxt müstəqillik qazanmayacağı, Ermənistana daxil olmayacağı və Azərbaycanın tərkib hissəsi olduğu barədə diskussiyalar aparılıb. Moskvada deyilsəydi ki, Dağlıq Qarabağdan separatçılar qovulacaq, orada Azərbaycan ordusu yerləşdiriləcək, Azərbaycan bayrağı dalğalanacaq və manat dövriyyəyə buraxılacaq Paşinyan İrəvana qayıda bilməyəcəkdi. Buna görə də sadalanan nüansların həyata keçirilməsi üçün zamanla aram-aram maarifləndirmə və təbliğat işləri aparılacaq".Bu təbliğatın aparılmasının, ilk növbədə, Ermənistan baş nazirinin üzərinə düşdüyünü dilə gətirən Zaur Məmmədovun fikrincə, bəzi məsələləri Nikol heç ölkəsinin XİN rəhbəri Ara Ayvazyan ilə də bölüşməyib: ''Hər bir halda Azərbaycan ictimaiyyəti sakit olmalıdır və bilməliyik ki, torpaqlarımızın hər qarışında ordumuz, bayrağımız və pul vahidimiz olacaq. Təəssüflər olsun ki, Moskva görüşü ilə bağlı müəyyən qüvvələrin təxribatları davam edir. Amma biz başa düşməliyik ki, bütün problemin bir günə aradan qaldırılması mümkün deyil''.''Onu da anlamalıyıq ki, II Dünya Savaşından sonra coğrafi cəhətdən heç bir kiçik dövlət başladığı müharibədə qalib gəlməyib. Savaş monopoliyası var. Buna görə də, istəsək də, istəməsək də bölgədə Rusiyanın varlığı reallıqdır. Gələcək danışıqlarda Türkiyə-Rusiya münasibətlərinin Cənubi Qafqaz mərhələsi də müzakirə predmeti olacaq''.Politoloq Zaur Məmədov vurğuladı ki, ABŞ-da hakimiyyətə gələn Baydenin də Qarabağa baxış bucağı önəmlidir. Çünki Qarabağ ətrafında baş verənlər dərin geosiyasi və geoiqtisadi mahiyyət daşıyır.Politoloq sonda bildirdi ki, “yaxşı olardı ki, məsələdən agah olmayanlar öz şərhləri ilə camaatı çaşdırmasın. Çünki Prezident İlham Əliyev nəyi necə və nə vaxt edəcəyini çox yaxşı bilir".

sia.az

Digər xəbərlər