Siyasət

  • 4 928

YAP Şəmkir rayon təşkilatının fəalları Vətən müharibəsində yaralanmış hərbçilərlə görüşüblər

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının fəalları rayonun Sarıtəpə və Keçili kəndlərində Vətən müharibəsində yaralanmış hərbçiləri ziyarət edib, onların problemləri ilə maraqlanıblar.Yeni Azərbaycan Partiyası və onun yerli strukturları əhalinin həssas təbəqəsinə aid olan bu ailələrə müntəzəm olaraq yardım və dəstək göstərirlər. YAP Şəmkir rayon təşkilatı da bu istiqamətdə həyata keçirdiyi tədbirləri davam etdirir. Rayon təşkilatı tərəfindən Vətən müharibəsində Şəmkir rayonu üzrə şəhid və yaralanaraq qazi olan hərbçilərimizin ailələri partiya fəalları tərəfindən ziyarət olunur.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 30 ildən bəri Ermənistan ordusu tərəfindən işğal edilən torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə, cəmi 44 gün ərzində azad edilməsinin tarixi əhəmiyyətindən danışıb. Bu qələbə münasibətilə yaralı əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə təşəkkür edib və bu gün ölkəmizdə şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan bəhs edib.Vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yazan igidlərimizin ailələrini ziyarət edən rayon təşkilatının fəalları onların mövcud problemlərini, istək və arzularını dinləyərək hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaqlarını, onlara mütəmadi şəkildə lazımi köməkliklərin göstəriləcəyini bildiriblər.Keçirilən görüşlər zamanı şəhid ailələrinin üzvləri və qazilərimiz ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə göstərilən diqqət və qayğının bütün cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılandıgını vurğulayaraq, işğal altında olan torpaqlarımızın azad olunmasına və bununla da xalqa qələbə sevinci yaşatğına görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər