20 yanvar tariximizin şərəf günüdur ÖZƏL-MÜNASİBƏT

Bu gündə, yəni 20 yanvar tarixində vətən övladları əliyalın şəkildə imperiyaya yox deyərək, demokratiya, müstəqillik, xalqın özgürlüyü ücün ayağa qalxdı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai birliyin sədri xüsusilə vurğulayıb ki, bu, bir hərəkat idi və bu hərəkatın ölkəmizin müstəqilliyi, azadlığı, demokratik cəmiyyət quruculuğu istiqamətində rolu əvəzsizdir və həqiqətən də “20 yanvar” tariximizin şərəf günüdur.
“Hər kəs üçün bəllidir ki, 70 il Sovet imperiyasi Azərbaycanı öz müstəmləkəsi hesab edərək, hər zaman öz xeyri üçün çalışaraq, Azərbaycanın yeraltı, yerüstü sərvətlərini ürəyi istəyən kimi xərcləmişdi. Heç şübhəsiz ki, öz mücadilələri, mübarizələri ilə şəhidlərimiz Azərbaycan xalqının bu günkü nailiyyətlərinə yol açmış oldular.
Bu gün demokratiya deyib, dunyaya səs salan Avropada baş alıb gedən xaos, insanların silahla qətlə yetirilməsi, Amerikada baş verən hadisələrin fonunda onlar hansı demokratiyadan danışırlar? Məhz bu gün demokratiya bizim cəmiyyətimizdədir, əsl demokratik ölkə Azərbaycandır və bu cəmiyyətin, bu müstəqil ölkəmizin qurulmasında 20 yanvar şəhidlərinin müstəsna xidmətləri var. Cəmiyyətimiz hər zaman şəhidlərimizi böyük hörmət və ehtiramla yad edir və qeyd etdiyimiz kimi, bu, heç də əbəs yerə deyil. Çünki həmin şəhidlər bugünkü müstəqil Azərbaycan uğrunda canlarını fəda edib, şəhidlik zirvəsinə ucalıblar.
Bu gun Azərbaycan qalib bir ölkədir. Ali Baş Komandan 44 günlük muharibə zamanı, eləcə də kecirdiyi görüslərdə, hətta hər zaman Azərbaycanın haqq yolunda olduğunu vurğulayıb. Məhz bu haqq yolunda vətən övladları canı, qanı bahasına irəliləyib, hər zaman şəhid olmaga hazır olub və qələbə qazandığımız müharibədə canlarından keçən şəhidlərin hamısı bizim üçün əzizdir.
Necə ki, 20 yanvar şəhidlərinin şücaəti, əzmi, vətənpərvərliyi sayəsində Azərbaycan imperiyanın əsarətinə son qoyaraq öz müstəqilliyini qazandı, eləcə də 30 illik işğal altında qalan torpaqlarımızı da şəhidlər verərək geri qaytardıq və ərazi bütövlüyümüzü təmin etdik.
20 yanvar şəhidləri, eləcə də bütün şəhidlərimiz hər zaman Azərbaycanın qürur yeri olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaşasın Ali Baş Komandan, yaşasın müzəffər Azərbaycan Ordusu, yaşasın Azərbaycan”, deyə Mehriban Abdullayeva bildirib.

sia.az