YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibəti ilə videoformatda konfrans keçrilib.

Əvvəlcə rayon təşkilatının əməkdaşları Sabirabad şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Daha sonra videokonfransda çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bu əlamətdar gün münasibətilə təşkilat üzvlərini təbrik edib. YAP-ın yaranma tarixindən danışan Məleykə Ağayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb.
Təşkilat sədri qeyd edib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
28- ci ildönümü qeyd edilən YAP Sabirabad rayon təşkilatının yaranma tarixindən danışan M.Ağayeva söyləyib ki, 1993-cü il yanvar ayının 16-da Sabirabadda YAP rayon təşkilatının təsis konfransı keçirilib və 200 nəfərə yaxın partiya təəssübkeşinin iştirakı iləbu təşkilat yaradılıb. O, təşkilatın ötən illər ərzində inkişaf etdiyini deyərək, təşkilat üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdılırb.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü diplom, sertfikat və fəxri fərmanla təltif olunub.

yap.org.az