Siyasət

  • 4 073

"Prezident Şuşa səfəri ilə Qarabağa böyük qayıdışın əsasını qoydu" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Prezidenti Şuşa səfəri ilə Qarabağa böyük qayıdışın əsasını qoydu". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.Deputatın sözlərinə görə, Prezidentin Şuşa şəhərinə səfəri məhsuldar və tarixi səfər kimi yaddaşlarda həkk olundu: "Bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin - Füzuli-Şuşa magistral yolunun və Füzuli beynəlxalq hava limanının təməli qoyuldu. Şuşa şəhərini addım-addım gəzməklə, dağılmış, xarabazara çevrilmiş məscidlərin, tarixi abidələrin, qəbirstanlıqların vəziyyəti ilə tanış oldu. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün büstlərini, yaşadıqları evləri, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdi. Acınacaqlı səhnələri göstərməklə, erməni vandallarının törətdikləri vəhşilikləri dünyaya göstərdi".Onun sözlərinə görə, cənab Prezident hər bir tarixi abidənin, qəhrəman əsgərlərimizin qarşısında etdiyi çıxışlarda Azərbaycan cəmiyyətinə və revanş çağırışları səsləndirən erməni daşnaklarına kifayət qədər ciddi mesajlar verdi: "On minlərlə günahsız insanların faciəsinin baiskarları, Xocalı cinayətkarları Koçaryanın, Sarkisyanın, Ohanyanın adlarını çəkməklə, erməni millətçilərini ciddi şəkildə xəbərdar etdi. Bir daha fərqli fikirlərə düşsələr, dəmir yumruğun yerində olduğunu xatırlatdı. Ümumiyyətlə, ölkə başçısının bu səfəri, gələcəkdə görüləcək qlobal işlərin başlanğıcı, Qarabağın bərpası üzrə yeni strategiyanın əsası kimi qiymətləndirilməlidir".

sia.az

Digər xəbərlər