Siyasət

  • 5 647

YAP Nəsimi rayon təşkilatında şəhid ailələri və qazilərlə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş yardım aksiyası təşkil edib.

Aksiya zamanı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı partiya fəalları ilə birgə rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlillərini ziyarət edib, problemləri ilə maraqlanıb və onlara ərzaq yardımı paylanılıb.
Bəzi şəhid ailələri və qazilərlə isə karantin qaydaları nəzərə alınmaqla YAP Nəsimi rayon təşkilatında görüş keçirilib. Görüşlər zamanı Məlahət İbrahimqızı bildirib ki, 20 Yanvar faciəsinin qurbanları daim dərin hörmət və ehtiramla yad edilir. Bu il ilk dəfədir ki, 20 Yanvar şəhidlərimizin anım günü torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra qeyd edilir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.
Qeyd edək ki, aksiya Nəsimi rayonu ərazisində yaşayan 40 şəhid və qazi ailəsini əhatə edib.

yap.org.az

Digər xəbərlər