Siyasət

  • 3 948

20 Yanvar faciəsinə həsr olunmuş videokonfrans keçirilmişdir

image

YAP Suraxanı rayon təşkilatı tərəfindən "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda onlayn videokonfrans keçirilmişdir. Videokonfransı YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov açıq elan etdikdən sonra 20 Yanvar faciəsində həlak olanların, o cümlədən Vətən Müharibəsində şəhid olmuş şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə ilk öncə çıxış edən Salman Əbdülov bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş və qanlı hüzn günü kimi qeyd olunan 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. 20 Yanvar xalqımızın tarixində eyni zamanda mustəqilliyimiz uğrunda olan qəhrəmanlıq salnaməmizdən biridir. Bu silsilədən olan tədbirlərin hər il keçirilməsində digər məqsəd də ondan ibarətdir ki, insanlarımız bu tarixi unutmasınlar və hər bir şəhidin tökülən qanının onların azad yaşamaları uğrunda olduğunu dərk etsinlər.

Daha sonra çıxışında o zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyevin siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etməsi, eyni zamanda Azərbaycan rəhbərliyinə qayıdışdan sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi vurğulandı.
Çıxış üçün söz alan 208 nömrəli tam orta məktəbin direktoru Məlahət Əsədova, 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov və 114 nömrəli tam orta məktəbin tarix müəllimi Vəfa Əzizova 20 Yanvar faciəsininAzərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanmayacağını, o günün Azərbaycan xalqının şan və şərəf günü olmasını, məhz 1990-cı il 20 Yanvar tarixində xalqımızın sovet hərbiçilərinin qorxunc hücumlarına qarşı sinəsini sipər etməsini, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacarmasını, 1990-cı il 20 Yanvar tarixinin Azərbaycan xalqının birlik, bərabərlik rəmzi olmasını vurğuladılar. Eyni zamanda bildirildi ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

yap.org.az

Digər xəbərlər