Siyasət

  • 4 710

Sədaqət Vəliyeva: “Dostluq” yatağı üzrə Memorandumun imzalanması tarixi hadisədir

image

“Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını hələ 2020-ci ilin yekunlarına dair müşavirədə anons etmişdi. Ötən gün Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlığadair Memorandumun imzalanması bu yeniliklərin ilk nümunəsidir. Söz yox ki, imzalanmış Memoranduma əsasən yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Bu mənada, memorandumun imzalanması tarixi hadisədir, həmçinin Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva vurğulayıb ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq: “Bu sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Sözügedən layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var və bu baxımndan sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. Hətta, bu il Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələdirilir”.
“Memoranduma əsasən tataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl, əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu da Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradacaq və tranzit ölkə kimi əhəmiyyətini artıracaq” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Memorandumun imzalanması Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib: “Eyni zamanda, Memorandumun imzalanması Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu, həmçinin Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələ deməkdir. Ona görə də heç şübhəsiz ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq”.

yap.org.az

Digər xəbərlər