“Liverpul” doğma meydanda “Bernli”yə minimal hesabla məğlub olub

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.SİA xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.“Liverpul” doğma meydanda “Bernli” ilə qarşılaşıb və minimal hesabla məğlub olub.Bu tur keçirilməli olan “Aston Villa” – “Tottenhem” və “Lids” – “Sauthempton” matçları təxirə salınıb.

İngiltərə Premyer Liqası
18-ci tur
12 yanvar
Şeffild Yunayted – Nyukasl 1:0
Qol: Şarp, 73-pen.
Vulverhempton – Everton 1:2
Qol: Neves, 14 – İvobi, 6. Kin, 77.
13 yanvar
Mançester Siti – Brayton 1:0
Qol: Foden, 44.
14 yanvar
Arsenal – Kristal Pelas 0:0
19 yanvar
Vest Hem – Vest Bromviç 2:1
Qol: Boven, 45+1. Antonio, 66 – M.Pereyra, 51.
Lester – Çelsi 2:0
Qol: Ndidi, 6. Meddison, 41.
20 yanvar
Fulhem – Mançester Yunayted 1:2
Qol: Lukman, 5 – Kavani, 21. Poqba, 65.
21 yanvar
Liverpul – Bernli 0:1
Qol: Barnes, 83-pen.
.

sia.az