Siyasət

  • 6 197

Kamilə Əliyeva: Azərbaycan dövləti işğaldan azad edilən torpaqlarımızı qısa müddətdə dirçəltmək əzmindədir

image

“44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində Azərbaycan son üç onillik ərzində qarşısında duran əsas məsələnin həllinə nail oldu. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu və ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.Kamilə Əliyeva bildirib ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı hədəfləri cəmiyyətimizə çatdırıb. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı vurğulayıb ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir: “Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Eləcə də, ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb. İşğaldan azad edilən ərazilərin bərpası işləri isə müəyyən ardıcıllıqla həyata keçiriləcək”.

yap.org.az

Digər xəbərlər