Siyasət

  • 6 051

Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib

image

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyatət edib.

44 günlük Vətən müharibəsinin qəhrəman qaziləri və şəhid ailələri ilə görüşən millət vəkili, onların qayğıları ilə maraqlanıb. Lazımi dəstək üçün hər zaman hazır olduğunu qeyd edən deputat, Vətən uğrunda canından keçən və bu yolda sağlamlığını itirən qəhrəmanları daim diqqətdə saxlamağın hər birimizin vətəndaşlıq borcu olduğunu ifadə edib.
Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı mütəmadi olaraq Vətən müharibəsi qazilərini və şəhid ailələrini ziyarət edərək mənəvi dəstək göstərir.

yap.org.az

Digər xəbərlər